67 - Öz ay-ulduzunuzu “edin” qara!
Öz ay-ulduzunuzu “edin” qara!
979 *- 22-27.05.2006
Deyirlər mayda yüksəldi moralı*
Çünkü həm Saleh, həm Əhməd Obalı
Ayaqlandırdı üç milyon fəalı
Deyirəm öncə xalqı ayaqlandır
Sonra öz bayrağını dayaqlandır
880
Deyirlər Saleh ilə Çöhrəqanlı
Ölmüş firqəmizi etdilər canlı
Qurum üzü gördü azərbaycanlı
Deyirəm iş işyerində görülər
İş görməyən qurum dışda qurular
881
Deyirlər hər qurumun xətti olar
Uğradılmış dərdlərə çarə bular
Yoxsa qoxuyar gölməkdəki sular
Deyirəm var sanma hər bir dirliyi
Dadmasa ideolojik birliyi
882
Deyirlər öncə təşkilat qurular
Sonra bulanmış zehinlər durular
Sonucda istək üstündə durular
Deyirəm ideolojusuz “fəal”
Haqq qazana bilməz edə “qilü qal”
“İdeoloji:
Siyası vəya toplumsal bir öyrəti oluşturan,
bir hükumətin, bir partının, bir qurupun
davranışlarına yön verən politik, hükuki,
bilimsəl, fəlsəfi, dini, moral, əstətik
düşüncələr bütünü: Türk Dil Kurumu
Türkçə sözlüyü – Türk dili kurumu - Ankara
883
Deyirlər Çöhrəqanlı qurucudur
Nə yazıq ki, geriçi sürücüdür
Gəlişmədiyi üçün ... geriçidir
Deyirəm qurucu olduqdan sonra
Öz ay-ulduzunuzu “edin” qara.
884
Deyirlər əyri deyər ki, doğruyam
Doğrudur, oğru deməz ki, oğruyam
Çalıb-çapar ki, iflasa uğrayam
Deyirəm satqın da bayraq pozdurar
Bütövləşməyə qarşı söz gəzdirər
885
Deyirlər satqını tanımaq zordur
“Ölən mən idim” deditdirən gordur
Halbuki ovlananın gözü kordur
Deyirəm satqın nala-mıxa döyər
İş görənə qarşı qısqancı öyər
886
Deyirlər qısqanc özünü itirər
Ölülər təkin kəfəni batırar
Bilmədən dərd üstünə dərd artırar
Deyirəm satqın suyu bulandırar
Pozuq bayraqla ağız sulandırar
887
Deyirlər “Baybak” ki, “təcrübəli”dir
Deyir sunduğumuz bayraq “milli”dir
Demək ki, xain olduğu bəllidir
(Taylara dərd kəsildiyi bəllidir)
Deyirəm mundar od tutmaz alışmaz
Deyər “Butaylı otaya qarışmaz”*
*- Hansı referandumun sonucundan danışır?
888
Deyirlər azərbaycançı bizdəndir
Biri ipəkdəndir, biri bezdəndir
Ələşdirici Arazı közdəndir
Deyirəm uyma ovçunun sözünə
Peşmanlıq fayda qazanmaz özünə
889
Deyirlər satqın iş görəni vurar
Rəqiblərinin arxasında durar
Dolaşıq sözlər ilə beyni yorar
Deyirəm satqını tanımağa qalx
Öncə “Baybak” yazan yazılara bax
890
Deyirlər həm “Gamoh”, həm də ki, “Gaip”
Eyib sayılanı saymazlar ayıp (İstanbul şivəsi)
Bilən bilir ki, kim yolundan cayıp
Deyirəm aydınsız toplum ayılmaz
Təcrübəsiz qurum suçlu sayılmaz
891
Deyirlər həm dost var, həm də düşman
Dostunu düşməndən ayır hər zaman
Səhvli dostlar ilə olma yaman <<<
Deyirəm dostun “Gamoh”dur, “Gaip”dır
“Baybak” saytını dost sanmaq ayıpdır.
Bölünmüş Azərbaycanını bütövləşdirmək
istəyən Azərbaycan xalqı satqın deyil ki,
bir ovuc Türk soylu satqın tacir təkin
“ərazı bütövlüyü”ndən yana sömürgəçi Fars
millətinin oyununa gələ.
Beyni silahlanmış xalqın mücadiləsi kütləvi
ləşər. Kütləviləşmiş mücadilə dünyanı və o
cümlədən nala-mıxa döyən yasaları belə
dəyişdirər və bölünməz millətimizə tək bayraqlı
dövlət qurdurar.
Ona görə silahlan ki, silahlandıra biləsən.
13.11.2008