Çap

64 - Əmanıların qanı yerdə qalmaz.

Əmanıların qanı yerdə qalmaz.

     Turan başın sağolsun!

865

Vətən uğrunda hər kəs ölə bilməz

El qəmi yeyən ürək gülə bilməz

Ağlamayan göz yaşı silə bilməz

Vətəni dirildən ruh ilə candır

Əmanıların verdikləri qandır

866

Əmanıların qanı qızıl qandır

O qanın məhsulu ruh ilə candır

Həm özgür, həm bütöv Azərbaycandır

Federalizmə qan verən şəhid deyil

Yurdunu bölə bilməz sağlam meyil  <

867  (Ağacı öz içindəki qurd yeyər)

Federalist düşmənlərin yamanıdır

Bölünməz xalqımızın düşmanıdır

Vətənin bütövləşmək zamanıdır

Belə bir fürsət düşə bilməz ələ

Əmanının qanını vermə yelə

868

Əmanı Babəkin yolunu getdi

Azərbaycanına can fəda etdi

Sanmayın düşmən muradına yetdi,

Əmanıların qanı yerdə qalmaz

Şəhidsiz inqilab qələbə çalmaz.

12.11.2008