Çap

63 - Yurdsevər Türk qurban verməz qeyrinə

Yurdsevər Türk qurban verməz qeyrinə.

859              *- Diqqət!

Türksoylu topdançı yolundan “sapır”

Üç faiz vergi üçün girev yapır

Deməyir Azərbaycanı kim çapır?*

Səksən il   çapdırıb   Azərbaycanı

Üç faiz   itirəndə   çıxır canı

860

Molla bölünübdür neçə cinaha

Hamısı qulluq edirlər Allaha;

Topdançıya, kompradora, şaha

Kompradordan yana molla şahdır

Xamnəli adında ayətullahdır

861

Topdançıdan yana molla Xatəmi

Qoruyar milli zülümü sitəmi

Ki Fars da çapa türksoylu yetimi

Xatəmilər qoruyarlar satqını;

Topdançı türklərin sinfi haqqını

862

İranın kompradoru Allahdır

Ən böyük kompradoru sipahdır

Sipahı komprador edən silahdır

Topdancının silahlı gücü yoxdur

Sanmasın ki, satqınsevəri çoxdur

863

Sipahın başçıları fars soyludur

Komprador topdançıdan boyludur

Vergi aldıran boylunun goyludur

Yurdsevər Türk qurban verməz qeyrinə

Satqın türk soylu topdançı xeyrinə

864

Fars şovenizminin ən güclü qolu

Sipahdır ki, nə sağı var, nə solu

Şovenizmə Rusya göstərir yolu

Sipahı Rusya silahlandırıbdır

... Asıb-kəsməyə tamahlandırıbdır.

15.10.2008