62 - Araz bir il tənqid etməyəcəkdir
Araz bir il tənqid etməyəcəkdir.
852
Araz bir il tənqid etməyəcəkdir
Etdiyi tənqidlər yetməyəcəkdir
Əkilməyən toxum bitməyəcəkdir
Ay “Gamoh” ilə “Gaip” saytları
Oxutdurmayın kirli beytləri
853
Araz bir il fikir yürütməyəcək
Fikirinə düşmən törətməyəcək
Öyrətsinlər deyə “öyrətməyəcək” <
Ay “Gamoh” ilə “Gaip” cahilləri
Haçan qullanacaqsız ağılları?
854
Araz bir il sizi sınayacaqdır
Sınaqdan çıxmasaz qınayacaqdır
Tanımayan sizi tanıyacaqdır
Ay “Gamoh” ilə “Gaip” liderləri
Bilikləndirməlisiz öndərləri
855
Araz bir il meydan verəcək sizə
Görə nə öyrətəcəksiniz bizə?
Ki biz də düşməni çökdürək dizə
Ay “Gamoh” ilə “Gaip” qurumları
Dəyişdirməlisizniz ... durumları
856
Araz bir il sizdən əl çəkəcəkdir,
Görə “Gamoh”, “Gaip” nə əkəcəkdir?
Yoxsa içiboş torba tikəcəkdir?
Ay “Gamoh” ilə “Gaip” bu nəsilin,
Ortaq ideallarından asılın!
857
Araz bir il sizi sərbəst edəcək,
Görə kim kimin yolunu gedəcək?
Kim kimin xeyrinə kama yetəcək?
Ay “Gamoh” ilə “Gaip” mollaları
Abbasa qənim kəsin fəhlələri
Gaip deyir:
“Ya Abbas, ya Abbas, türkü farsdan et xilas”
(Yəni ... siyasətə din damğası bas! - Araz)
(Araz olmasaydı geriləmişdiq.)
858
Araz bir il xalqa fürsət verəcək
Görə kimin əkdiyini dərəcək?
Hansı fikri vurub yerə sərəcək?
Ay “Gamoh” ilə “Gaip” söz uzundur,
At oynatmaq üçün meydan sizindir.
10.10.2008