60 - Ay qoca, qartal Tərbizim, baş qaldır!
Ay qoca, qartal Tərbizim, baş qaldır!
Axma dərəni “Əhməqiyyə”, sarı qalanı “sariqiyyə”
Dilbilməzi “Dilavəran”, və ..., adlandıran Türk düş-
məni olan fars şovenistləri deyirlər ki:
Guya Azərbaycan şahı Hüseyin Bəyqıran atəşi [ təb ]
tökülən [ riz ]yerin adını [ Təbriz ]qoymüşdür.
841
Ay qoca, qartal Tərbizim, baş qaldır!
Milli qiyamın şeypurunu çaldır!
Milli istiqlal haqqımızı aldır!
Yoxsa Fars dövləti səni çapacaq,
Asimilə olan xalqın sapacaq.
842 *- İstiqlalçı Babək
Ay qoca, qartal Tərbizim, üsyan et!
Doğransan da babəkin yolunu get!*
Ölməsən qalsan istiqlalına yet!
Vətən övladına ibrət dərsi ol!
Namuslu övlad doğ-yetişdir bol-bol!
843
Ay qoca, qartal Tərbizim, havalan!
Ki səni bağrına basa Savalan, (Qəhrəman Ərdəbil)
Azərbaycanlı oynaya qavalan.
Sən Azərbaycanın ağsaqqalısan,
Devrimçi düşüncənin baqqalısan.
844
Ay qoca, qartal Tərbizim, hesab sor!
Fars dövlətindən ki, Türkü edir kor,
Yoxsa doğmazdı koroğlu iləzor.
“Dilqanmaz”, “Tanrıtanımaz” ları bul!
Ki çənlibelçi-yə göstərələr yol.
845 *- Diqqət!
Ay qoca, qartal Tərbizim, başa sal!
Xalqı bilikləndirən savaşa dal!
Azərbaycanın istiqlalını al!
İstiqlalı olan ölkə çapılmaz,
Çapılan ölkədə iş də tapılmaz.*
846
Ay qoca, qartal Tərbizim, arxa bul!
Silah qayırmadın ki, etdilər qul,
Sən də silahlandırandan yana ol!
Sənin ideolojik silahın var, (Arazizm)
Silahlanmış milli düşməni qovar.
847 *- Diqqət!
Ay qoca, qartal Tərbizim, qulaq as!
1- Milli hökumətimizi satan Rus,
2- Qarabağımızı oda atan Rus,
3- Abxaz xalqının dadına çatan Rus,
Qoymaz Azərbaycandan əl çəkə Fars.
Milli mənfəətlər ölçüb-biçərlər,
Düşmənin rəqibini dost seçərlər.*
16.09.2008