Çap

59 - Feodalizmə qulluq etmək mandır

Feodalizmə qulluq etmək mandır.

835

Tacir feodalizmə təbil çalar

Satdığı malı özgələrdən alar

Milli inkişafını dərdə salar

Tacir feodal yapılı sinifdir

Satdıran qazancı ilə kefidir

836

Montajçı dövlət tacir dövlətidir

Çapılan xalq ilə məmləkətidir

Tükədiçi siniflər illətidir    (səbəb)

Tükədiçi sinf tacir ilə xandır

Feodalizmə qulluq etmək mandır

837

Milli burjuvazı demokrat olar

Tükədiçi rejimi taxtdan salar

Ürətiçi yetişdirməyə dalar

Milli burjuvazı elmi qurtarar

Qazancını ölkəsində yatırar

838

Vətənpərvər bürokrat burjuvazı

Milli burjuvazıya çalar sazı

Yaşadar milli demokrat Arazı

Teknoloju ürətən gücdən yana

Qulluq edər yurdu Azərbaycana

839

Ürətim gücləri xalqın özüdür

Yapıçı iş gücü ilə sözüdür,

Milli düşməndən qoruyan gözüdür.

Harda ki, ürətim gücü gəlişər

Orda mülkiyyətin şəkli dəyişər*

 

*- Feodalı mülkiyyət, kapitalisti (Şəkil olaraq özəl və dövləti)

   mülkiyyət, sosyalisti mülkiyyət (Ki bu günə dək dünya ça-

   pında hənuz gərçəkləşə bilməmiş. Çünkü gərçək anlamında

   proletaria devrimi gərçəkləşə bilməmişdir. Çünkü proletar-

   ia devrimlərini kommunist qılıflı bürokrat burjuvazıya qap-

   dırmışdır. Sosyalisti mülkiyyətin doğurduğu dövlətin nitəli-

   yini (mahiyyətini) də ancaq marksizmdən öyrənə bilirik.).

840

Geriçiliyi yerə sərmək üçün

Tükətiçiliyə son vermək üçün

Milli amacımıza irmək üçün

Həm milli, həm demokrat olmalıyıq

Qurtuluş savaşına dalmalıyıq.

29.06.2008