Çap

58 - Siyasətə xət verən iqtisaddır

Siyasətə xət verən iqtisaddır.

811

Azərbaycan iki qat sömürgədir

Həm Farsa milli bac verən bölgədir

Həm də ucuz işçi satan ölkədir

Otay montajcılara qulluq edir

Butayın hər şeyi aradan gedir

812

Azərbaycan görməyir milli gəlir

Çünkü həm montaj fabrikası çalır

Həm də ki, Fars sömürgə haqqı alır

İstiqlal milli gəliri qurtarar

Həm də qanunu maaşı artırar

813

Azərbaycan hələ maşın qayırmır

Özünü qoyun edəndən ayırmır

Ana fabrika qurmağa çağırmır

Azərbaycan maşın alır tükədir

Çünkü montajçı ürətən ölkədir

814

Ayərbaycanın fabrikası yoxdur

Bu səbəbdəndir ki, işsizi çoxdur

Ancaq kompradorların qarnı toxdur

Montaj fabrika bizə iş versə də

Qazancı yatırılmaz ölkəmizdə

815

Azərbaycanda iş gücü ucuzdur

Çünkü işverən montajçı quduzdur

Bu səbəbdən işçi ücrəti azdır

Milli burjuvazı ağıllı olar

... Sağdığı qədər balasına qalar

816

Azərbaycanı satdırıb satqını

Milli kölə edib onun xalqını

Satılmayanın yeməzlər haqqını

Yurdu qurtulanın xalqı qurtular

Çapılmayan ölkə sərvət artırar

817

Azərbaycanda satqın höküm sürür

Xeyrini sömürgəçi millət görür

Yazqı haqqından danışanı vurur

Allah haqq verməz ki, yazqı yazasan

Kölə edən qanunları pozasan

818

Azərbaycanın kəndi it hürdürür

Nuh çağındakı yaşamı sürdürür

Geriçi iqtisad inkşafı durdurur

Kəndin sərmayəsi şəhərə axır

Kirəçi-əkinçinin evin yıxır

 

Bu səbəbdən yer əkib-biçənin olmalıdır.

819

Azərbaycan, sənin nüfusun artır

Artan nüfusun tarlasını satır

O pul ilə işsiz-şəhərə çatır

Kənddə yeri yoxdur ki, əkib-biçə

Şəhərdən başqa yeri yoxdur köçə

820          *- Gülmə, ağla!

Azərbaycan, niyə sən oyuncaqsan?

Bir ovuc kompradora qolçaqsan?

Olmaya satqınlar təkin “alçaq”san?

Ürətdiyin işsiz ilə dəllaldır   <

Tükətdiyin isə yabancı maldır

821

Azərbaycan, sən kimə dəyərlisən?

Sömürgəçi dövlətə xeyirlisən

Vergi verən xalqına zərərlisən

Anafabrika qurmayan dövləti

Yaşadma ki, çapdıra məmləkəti

822       (ürətiçi ~ istehsalçı)

Azərbaycan, satqın ağılı burar

Milli dövlət anafabrika qurar

Milli inkişafın dalında durar

Elgücü ürətiçi gücdə yatıb

İşgücünü çapdıran ölkə batıb

823    *- Yıxıcı sağı, yapıcı soludur.

Azərbaycan, sənin iş gücün çoxdur

Milli burjuvazının qarnı toxdur

Fabrika qurdurmağa pulu yoxdur

Sərmayə iş gücünün məhsuludur

Satdıran sağı, qoruyan soludur*

 

    *- Mahiyyət dəyişməz, şübhən olmasın.

824

Azərbaycan, səni sol qurtaracaq

Xalqı qoyun edən sağ otaracaq

Çəkilməyən dərdləri artıracaq

Çünkü Çin xalqı solu hakim etdi

Dörd yüz illik yolu qırx ildə getdi

 

Deyirlər:

“Elmdən danışma! Təcrübədən danışma!”

 Bəs nədən danışaq?   <<<

825

Azərbaycan, sağçı əl dəyişdirər

Solçu hədəf ilə yol dəyişdirər,

Yerində sayanı sol dəyişdirər

Gəlişmək istəsən solu hakim et

Yoxsa hər gün bir “ər”in yolunu get

826

Azərbaycan, qoyma səni satalar

Satdıran siniflər kama çatalar

Özgəni yazqı işinə qatalar

Dil haqqından başqa haqlar batalar

Federalizm işqalı yasallaşdırar

İşqalçı milləti xasalaşdırar

827             **- Asimilə

Azərbaycan, qoyma az çoxu vura

Hər sinf öz nüfus sayısına görə

Deputat sunmalıdır məclis qura

Qoyma molla təkin fikir yürüdə

Sinifləri bir qazanda* əridə**

 

    *- Sinfi partı başqa, keçici cəphə başqa.

828   (Siyasətdə dinçi Ərəb casusudur.)

Azərbaycan, sənin nəyin əskikdir?

Bütövləşdirəcək tayın əskikdir

Butayda sekular bəyin əskikdir

Bütövlük satılmaz dinə məzhəbə

Qurban verilməz geriçi məktəbə*

 

    *- Din aşılayan işqalçı Ərəbə

829

Azərbaycanda Türk kültürü ölüb

Çünkü qadın erkəkə kölə olub

Tümrüs anamın birçəyinə gülüb

Kültür alış-verişi çox yaxşıdır

Nə dinçi Ərəb ilə ki, vəhşıdir

830          *- Diqqət!

Azərbaycanı din geriçi edib

Köhnə Ərəblərin yolunu gedib

Tacir ilə feodal kama yetib

Qadını erkəkə döydürmək üçün*

Erkəki qat-qat geriçi edib din

831

Din qoymaz ki, Azərbaycan gəlişə

Gəlişmək istəsə gərək dəyişə

Öylə dəyişə ki, çağa irişə

Qadın qurtulmasa erkək qurtulmaz

Xalqını birləşdirən Türk qurtulmaz

832              *- Diqqət!

Azərbaycan, yolun pisi seçilməz

İnkişaf ticarət ilə ölçülməz*

İçiboş istiqlala and içilməz

Milli öz yazqısını özü yazar

Araz oyadmasa əlbəttə azar

833              *- Diqqət!

Azərbaycan, yaydan çıxan söz oxdur

Siyasəti düzgün anlayan yoxdur*

Özünü siyası tanıdan çoxdur

Siyasəti yönəldən iqtisaddır

Xət verən sinfi gizlədən cəlladdır

834

Azərbaycan, təməli Araz atdı

Təməlin atılması başa çatdı

Bilimsəl şeiri qınayan səs batdı

Arazı manyaq sanan manyaq çoxdur*

Tez də vardır ki, antitezi yoxdur. 

25.05.2008

 

(Cavabsız, “manyaq” sanar)

    (Arif işarədən qanar)

 

Arazizmi tənqid edən olmadı,

Çünkü onda yanlış ilkə bulmadı.