Çap

56 - “Günü günə sat!” siyasəti satar

“Günü günə sat!” siyasəti satar.

  (Satqına buraxılan itib-batar.)

785         *- Hər iki tayda

Türk ancaq Türk əli ilə yenilər

Türk ancaq Türk əli ilə minilər

Satqın tanınsa minilməz enilər

Türkün yurdu o zaman qurtulacaq*

Ki gizlədici pərdə yırtılacaq.

786

Tanı şah Heydərə “lider” deyəni

Tanı Rus köləsinə baş əyəni

Tanı satqınları dəstəkləyəni

Torpaq bahasına rüşvət alınmaz

Satqın “lider”lərə təbil çalınmaz

787

Otay şəhid verdi Rusyadan qopa

Öncə quzey bölüm istiqlal tapa

Sonra tayları vahid ölkə yapa

Rusya (ilə İran) pozdu planı

İşqala uğratdı Azərbaycanı

788

Rusya Surət Hüseynovu göndərdi

Tankları Türkün üstünə döndərdi

Heydər Əliyevi taxta mindirdi

Elçibəyin aldığı istiqlalı

Əliyev etdi Rusyanın halalı

 

“Günü günə sat!” siyasəti satar.

 

“Lider”ə bax, “Lider”ə,

Rus köləsi Heydərə,

Boyun əydi “qədər”ə,

Torpaq getdi hədərə.

 

789       *- Koroğlu operası ...

Heydər Əliyev “Keçəl Həmzə” idi*

Bacarığı siyası qəmzə idi

Hiləsini yedirən imza idi

Heydər nökərov iqtidarı çaldı

Üzeyirdən öyrənməyən mat qaldı

 

Demə Heydər başqa, Həmzə bəy başqa,

Həmzəlik etdi onu “alnı qaşqa”.

 

790    *- Türk düşməni Heydər Ə.

Heydər Əliyev kimliyini dandı

Dedi boy dilimiz “azərbaycan”dı*

Səbəbini bilən od tutdu yandı

Türk-dünyasını bölən Rus xeyrinə,

(Tayları yadlaşdıran Rus xeyrinə)

Qoymadı “... oğlu” gələ “... ov” yerinə

 

    *- O zamanTürkiyə Türkcəsinin adı nədir?

Guya türkcə yox, “türkiyə”dir.    (ha ha ha )

 

791

Şah Heydərin oğlu iqtidar oldu

“Günü günə sat!” hiləsinə daldı     (atəşkəs)

İşqalın ömrü on beş ili buldu

“Günü günə sat!” siyasəti satar

İmzasını işqal etdirən atar

792

Niyə Rus Türk torpağını paylayır?

Hansı Türk Rusyaya uşaq bələyir?

Hansı Türk düşməninə dost söyləyir?

Neftini yeyən, yurdunu satan Rus

Düşmənmi sayılmalıdır? Yoxsa dost?

793

İqtidarın planını Rus qurub

İqtidarın arxasında Rus durub

Hansı “lider”ləri iqtidar burub?

Qarabağdan danışan “lider” çoxdur

Qarabağa düşünən lider yoxdur*

 

    *- Dövlət bütcəsindən partılarına ayrılan pul ilə

stol və məqam davasına düşünürlər.

794

“Günü günə sat!” siyasəti bilir;

İşqalçı əskəri qeyrətə dolur,

Torpaq itirənin qeyrəti ölür.

İqtidar milli qeyrəti öldürür

Həm də Türkün saqqalına güldürür

795        *- Deməyin demədilər.

Qaçqın həm ev itirib, həm də vətən

Vətənsiz evə bənzər ruhsuz bədən

Ruhu ölmüşə geydirərlər kəfən

İqtidar ev tikir ruhsuz bədənə,

Ki geri qayıdmayalar vətənə*

796

Xalqın vergisi ilə neft pulundan

Bir azabad olur yurdun çölündən   (Reklam üçün)

Qalanı paylanır rüşvət yolundan

Hansı ana fabrikanı qurdurub?

Yoxsa,milli inkişafı durdurub.

797

İqtidarın hədəfi yurd satmaqdır

İşqalçı Farsın dadına çatmaqdır*

(Rus uşağının dadına çatmaqdır)**

Bu səbəbdən işi yeyib-yatmaqdır

On beş ildir ki, günü günə satıb

İşqalçı Ermənistan kama çatıb

 

   *- O cümlədən BMT-də

 **- Sömürgəçi Rusyanın sömürgə anlamında gəzəgənləri.

798

İqtidarı dəstəkləyən satqındır

Satqın sürüdən ayrılmış xalqındır

Qurbanı... yurdsuz yaşayan qaçqındır

Otayda yurd, butayda Türk satılır  <

“Əti yeyilir sümüyü atılır”

799          *- Diqqət!

Satqın sənətçi, alimlər utanın!

Oğlu da satılar satqın ... atanın

Kimə xeyri var aldığın xaltanın?

Xalta üçün satqınlara satılma!*

Qarabağı satanlara qatılma

800    **- 379-cu səhifəyə baxın!

Ağadadaşa de ölsün ərisin

Yoxsa xalqı səriyəni sərisin

Haqq yolunda soysalar da dərisin.

Erməni öldürür torpaq qazana

Heydər nə etdi ki, ömrü uzana?!*

Təzəkdən konfet olmaz ki, bəzənə.

 

Bəyəndirirlər ki, taxtda qalalar

Qarabağın halvasını çalalar

801

Ay Məşhədi İbadın fəhlələri!

(Ay İlham Nökərovun fəhlələri!)

Yetər artıq, tökməyin zəhlələri!

Satmayın rüşvətə o kəllələri!

Ürək yurdun dərdinə yanmalıdır

Satqın liderdənüzü dönməlıdır

802

Bu nə millətdir? Bu nə məmləkətdir?

Bu nə yüz illik milli hərəkətdir?

Bu hərəkətin nəyi bərəkətdir?

Hər kəs deyir ki, məni ələşdirmə!

Xain çıxsam qanıma bələşdirmə!

Rüşvətzadələrimi mələşdirmə!

Qoy ölü təkin kəfəni batırım!

Alim adlanım, rütbəmi artırım!

15.05.2008