Çap

54 - Geriçi xalqım deyil ki, millətdir

Geriçi xalqım deyil ki, millətdir.

763        ürətiçi = istehsalçı

Millət tacir sinfi ilə brökratdır

Tacir sürücüdür, brökrat "at"dır

Millətin yaratdığı şey dövlətdir

Xalq oluşub ürətiçi sinfdən;

İşçi, əkinçi, sənətçi, əsnafdan

764

Millət xalqın qazancından bəslənər

Xalqın ürəyində zalım pislənər

Zalımı devirmək üçün səslənər

Xalq istər dəyişdirə ki, gəlişə

Millət qoymaz mövcud düzən dəyişə

765         geriçi = irticaçı

Çağ dışı millətlər geriçidirlər

Çünkü geriçilər sürücüdürlər

Gerilətmək üçün qorucudurlar

Ürətiçi xalq iləriçi olar

Tükətiçi millət geriçi olar

766

Pişəvər istər traktor yapdıra*

Əkinçi istər traktor çapdıra

Tacir istər ki, xalqını sapdıra

Geriçi millət devrimi önləyər,

Dəllallıq haqqı verəni dinləyər

 

    *- Pişəvər (əsnaf) geri qalmış ölkələrdə

oluşacaq milli burjuvazının (sənayeçi

burjuvazı) çəkirdəyidir.

767

Geriçi millət var isə tacirdir

Çünkü devrimçi xalqı ilə şairdir

Ürətiçi gəlişməyə qadirdir

Heç ürətiçi sinf geriçi olmaz*

Geriçi millətə qorucu olmaz

 

    *- Sürüdən ayrılanları qurd qapar.

768

Geriçi millət gec yuxudan durar

Dövlət qursa geriçi dövlət qurar

Gəlişdirən xalqın ağlını burar

Geriçi xalqım deyil ki, millətdi

Millət həm tacirdi, həm brökratdı

769   *- İslam təslim dinidir.

Fars milləti “iləriçi” millətdir

“İləriçi” edən milli qeyrətdir

Qurduğu yarı müstəqil dövlətdir

Fars milləti Turanı çapır bala

Dinçı edir ki, Türk Farsa qul ola*

 

      *-Son misranın geniş anlamını “Uyqalaş!” adlı

əsərimdə açıqlamışam.

 

770         *- “Axdaran tapar”

Qeyrətsiz millət cibinə düşünər

Yurdunu satdığı yurda daşınar

Çapıldığı yurdu dərddən eşinər

Qeyrətsiz millətin yurdu çapılar

Qeyrətləndirməyə çarə tapılar*

771

Geyrətsiz millətə eşşək deyərlər     “Türk xər”

Eşşəkin milli haqqını yeyərlər

Tarix yaradan xalqını öyərlər     (Qeyrətli Türklər)

Türk xalqı tanımayır millətini

Eşşək adlandığının illətini         (səbəbini)

 

Həm yurdumu satır kölə eyləyir,

Həm də öldürtdürür sayğı diləyir!

772

İmperyalar qurduran millətə baq!

Öz qazancı üçün satır milli haqq

Ki inkişafı dili ola yasaq

Həm də ki, Farsistan, Gilan, kürdistan,

Deyələr ki, “bizim”dir Azərbaycan

773    *- Satqın deməz ki, satqınam.

Pulu yoxdur sərvət yaradan xalqın

Ki silahlanıb-ala öz torpağın

Vətəninə dönə bir milyon qaçqın

Bakı silahlanıb xalqıma qarşı*

Qoymayır başlada milli savaşı

774    (Alıcıdan öncə satıcı vardır.)

Pulu yoxdur sərvət yaradan xalqın

Ki silahlanıb-ala milli haqqın

Sinfi qazancı üçün satıb satqın

Sərvət toplanıb tacirin əlində

Əl qoyulmalıdır vətən yolunda*  <<<

 

    *- Güntay Gəncalpın bağrın çatlatma!

775         *- Diqqət!

Xalq fəda etdi taciri vətənə*

Yeri aldı verdi əkib-biçənə

Sənaye devrimi gətirdi Çinə

Yarı feodal yarı sömürgə Çin   (1949)

Üçüncü süper güc sayılır bu gün*

 

    *- Biz tacir sinfinin yolunu gedik,

    1- Yurdumuzu xarici bazar etdik.

    2- Yurdumuzu Farsa sömürgə etdik.*

 

    *- Eşşəyi minərlər, alçağını uşaq da minər.

Miniş verməyənə minmək olmaz.

776           *- Diqqət!

Vətən ilə dil ortaq malımızdır

Qoruyan yaşadan öz elimizdir

Ortaq malı satan qatilimizdir*

Vətənə elə dilə qurban olum

Xəyanət edənə lazımdır ölüm**

 

  **- O qədər tacir öldür milli olsun,

Milli olsa görəvi bəlli olsun.

777

Suçu özgədə yox, özündə ara

Yoxsa bula bilməsən dərdə çara

Miniş verməyəni minməzlər bala

Dəyişmək istəsən özündən başla

“Dəymə-düşər” olsan bu işi boşla.