Çap

53 - Gecikmək lazımdır işqalçı üçün

Gecikmək lazımdır işqalçı üçün.

757

Gecikmək lazımdır xain dövlətə

Torpaqdan pay verə özgə millətə

Xəyanət edə yetim məmləkətə

Rusyaçı “Türk” torpağını paylayar

“Lider”lik yaylalarında yaylayar

758

Gecikmək lazımdır işqalçı üçün

Ki qurtuluş üzü görməyə ... Laçın

Sonra deyələr ki, xeyrindən keçin

Geciktirən istər iş-işdən keçə

Qarabağ da ola Zəngəzur, Göyçə

759

Gecikmək lazımdır cahil qardaşa

Ki savaşsız ömürü çata başa

Hər gün aşıq ola bir “qələm-qaş”a

Gecikdirən iqtidar qurar duzaq

Ki qarabağımızı da uduzaq

 

İqtidar və “müxalifət”dən oluşan rəsmi Bakı, Qarabağı satıb

xərcləməsi üçün, yəni pullu rütbə qazanması üçün, gərəkəndə

“Siz yatın, biz oyağıq” anlamında aldadıcı və yuxladıcı havalar

çaldırmaq ilə oyunlar oynamaqla, nə fəqət azərbaycanlı

Türk milləti ilə Türk xalqının milli namusu olan tarixi torpağını

“atəşkəs” hiləsi yardımı ilə milli düşmənlərimiz olan köçmən

Ermənilərin ixtiyarında qoyublar, bəlkə qazandıqları pullu

rütbələrin bahasına, bölünmüş və işqal olunmuş yurdunu

qanlarının bahasına işqaldan qurtaracaq və bütövləşdirəcək

otaylı butaylı xalqımıza qeyrətsizliq ruhu aşılayırlar ki, ailələrini

belə qoruya bilməsinlər.          Belə də iş olar?!

 

760

Gecikmək lazımdır neft firmasına

Milli qeyrətimizin ölməsinə

Milli namusun əldə qalmasına

Qeyrətsiz yetişdirən iqtidardır

Qeyrət öldürən ən böyük qəddardır

761

Gecikmək lazımdır unutdurmağa

Bir milyon qaçqına qan utdurmağa

Qarabağın yasını tutdurmağa

İlham da deyir qalmaz qiyamətə

Qarabağ “qaytarılacaq” millətə

 

“Eşşəyim ölmə, yonca bitincə,

yoncabitmə, torba tikincə.”

762

Gecikdirən lazımdır işqalçıya

Ki dözüm aşılaya xəyalçıya

Göz tikdirə “Minsk” təkin falçıya

Erməni alıbdır ki, “Minsk” “qaytara”,

Türk də ordu qurdurub ki, otara.*

 

    *- Qardaş qerətsiliyin də “həddi” var.

 

Nə gərək var çalıb-çapan dövlətə,

Torpağını qaytarmasa millətə?  <

21.01.2008