52 - Utan Azərbaycanımın ... yazarı
Utan Azərbaycanımın... yazarı!
(Yarınlar toplandı on dörd il oldu,)
(Qarabağın səbir kasası doldu.)
743 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın “lider”i
Qarabağı satıb-gedən Heydəri
Taxta çıxarmış özündən mundarı
Ankara öz işini özü görür
Bakı özgəyə buraxıb kef sürür ("Minsk"ə)
744 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın kıralı
Rusqulu Heydər Əliyevin alı
Qurtar Erməni əlindən mahalı
Ankara çanakkalada savaşır
Bakı vaxt öldürmək üçün uğraşır
Sözü bir kərə deyərlər:
İnanma rusqulu hakimiyyetə,
Savaşı uğradar məğlubiyyətə.
745 Haçan utanacaqsınız?
Utan Azərbaycanımındövləti
Niyə paysız qoydun müxalifəti
Qarabağa can yandıran milləti
Qarabağı qurtarmayan dövləti
Nə üçün bəsləməlidir milləti?
746 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın milləti
Niyə qurmusan bu güclü dövləti
Ki atəşkəsə sata məmləkəti
Qarabağ düşmən əlində əsirdir
Çünkü dövlət milli deyil, qısırdır
747 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın məclisi
Qoyma qanun qoya xalqın nəcisi
Qarabağ getsə çəkilməz acısı
Ankara qeyrətli insan eyidir
Bakı qaçqını qeyrətsiz böyüdür
748 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın satqını
İncitmə milyondan artıq qaçqını
Qarabağ üçün qullan ... musiqini
Dərdli xalqın ürəyini sıxma çox
Savaş marşı lazımdır, muğamat yox
749 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın taciri
Hakim qılma Rus uçuran qəciri
Yüz yirmi min Erməni müstəciri
Qaçqın çadırda çürüyür iylənir
“Prezident”i ... konsertdə əylənir
750 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın şimalı
Həm ordun var, həm də xalqın kamalı
Niyə Qarabağım"olub” yad malı?!
Tehran Türkün gücü ilə “bəy” durur
Bakı on dörd ildir ki, qeyət burur
751 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın petrolu
Ki əmniyyət üçün satdın bu eli
Bağladın Qarabağa gedən yolu
Tehran atom bombasına düşünür
Başına kül tökən Bakı deşinir
752 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın bütcəsi
(Pul ilə təslim etdi xədicəsi) (islam ...)
Səndən nə xeyir görübdür Göyçəsi
Ankaranı gücləndirən ordudur
Bakıdan xeyir görməyən yurdudur
753 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın ordusu
On dörd il xəyanət etdin doğrusu
Qoymadın savaşa xalqın yavrusu <<<
Türk qurtardı farsın sömürgəsini
Silahlansa qurtarar ölkəsini
754 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın əskəri
Qarabağın olub düşmən məskəni
Sən qurtaracaqsan, yoxsa miskəri?
Ankara türkçü edir ki, qurtara,
Bakı qeyrət öldürür ki, otara.
“Baran”a tütək (muğam musiqisi) çalarlar, südləndirib sağarlar.
“Xər”i minərlər, ağzını tikərlər, damarındakı qanını tökərlər.
Miniş verməyəni minməzlər. Qoyun olmayanı çöllərdə (dün
pambıq tarlalarında, bu gün qaçqın çadırlarında) otarmazlar.
755 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın yazarı
Öylə oyad ki, bağlaya bazarı
Coşdura dövlətə qarşı Xəzəri
İşqalçı Tehran tərbizlini vurur
Yerli Bakı qaçqınımızı burur
756 Haçan utanacaqsınız?
Utan Azərbaycanımın aydını
Səsləndir Qarabağın fəryadını
Oyadmasan aydın qoyma adını
Bir milyon Türk, yüz yirmi min Erməni
Dərdə salıb həm vətəni, həm məni.
12.12.2007