Çap

51 - “Bütövləşmək” realisti şüardır

“Bütövləşmək” realisti şüardır.

726

Fars deyər ki, bütövləşməyə göz yum,

Yəni qarabağı unudmağa cum,

Ki Erməni qanımı içə xum-xum.

Bütövləşmək ilə Qarabağ sözü,

Bölünməz bir bütündür sözün düzü.

727

Fars federalist edər ki, ayrılmaya

Bütövləşdirən körpü qayrılmaya

Şovenist Farsın beli qırılmaya

Federalist bütövlük sözündən qorxar

Qeyrətinin boynunu yerə soxar

728

Türk milləti qövm deyil, millətdir

Bütövləşdirən səbəb bu illətdir

Gərçəkləşdirən müstəqil dövlətdir

Dəxlı yoxdur Fars ilə BMT-yə

Ki bütövləşməyə qarşı söz deyə

729

Durma qardaş, sən də BMT-yə get

Türkün millət olduğunu sübut et

İstiqlal, bütövləşmə haqqına yet

Haqq qazandıqdan sora savaşa dal

Bütövləşdirən istiqlalını al

730     Cənab Güntay bəy Gəncalp

Bütöv Azərbaycan lazımdır bizə

Həm də “Qərb”ə ki, əl tapa dənizə

Bölücü Rusyanı çökdürək dizə

Azərbaycana bütövlük gərəkir

Deməyin ki “Fars bu toxumu əkir”*

731

İdealı gərçəkləşdimək üçün

Tank ilə topumuz əskikdir bugün

Vurmayın düyünün üstünə düyün

Güneydə güclü idealımız var

Quzeydə gücləndirən alımız var

732

Quzeydə milli istiqlalımız var

Silahlanmağa beytülmalımız var

İqtidar dəyişdirən alımız var

Rusya köləsi iqtidara qarşı

Başlat parlamenteristi savaşı

733

Quzey gərəkəcək haddə gəlişib

Qurtara biləcək gücə irişib

Rusyaçı iqtidar donun dəyişib

Quzey qadirdir güneyi qurtara

Rusya qoyun edibdir ki, otara

734

Rusya bütöv Azərbaycan istəməz

Rəqibə ləl ilə mərcan istəməz

Sakit Xəzərdə həyəcan istəməz

Turanı həm bölər, həm də sömürər

Rusyaçı iqtidar sümük gəmirər

735

Quzeyin dəstəkləyəcək gücü var

Qullanmayanların çoxlu suçu var

Çünkü qullanan Erməni, Gürcü var

Qarabağın “vəkili” İrəvandır

Tərbizinki yalançı pəhləvandır

 

“Keçmə namərd körpüsündən, qoy aparsın sel səni”

İrəvan şahı olur azərbaycanlı Erməni. (Robert Kocharyan)

 

736              *- Diqqət!

“Qərb” istər Azərbaycan bütövləşə

Vietnam, Yəmən, Alman bütövləşə

Arnavud, yaxud  Alban bütövləşə

“Qərb” istər otura “şərq”in yerinə

Bütövləşdirən millətin xeyrinə*

737

Fərq etməz silahlandıran kim ola

“Sosyalist” donundakı zalim ola

Yaxud demokrasısı salim ola

İşqalçını dəstəkləyən zalımdır

(İşqalçıya silah satan zalımdır)

Zalıma qarşı dost bulmaq lazımdır

738     Verilməz haqları silah aldırar.

“Doğuşana qaç, tazıya tut deyirlər”

Əyrini düzəldib, düzü əyirlər

Ovlamaq üçün dərdinə dəyirlər

Sən də ovlanmadan ovçunu qullan

Silahlandıran dost bulmağa yollan

739            *- Diqqət!

İstiqlal almağa qan verməliyik

Silahlandırana can verməliyik

Yoxsa namus ilə şan verməliyik*

Bütövləşmək, yaxud istiqlal üçün

Eyni cəzanı çəkməkdəyik bu gün

740

Azərbaycan başqa, başqası başqa

Quzey ucuz neft satır boşqa-boşqa

Silahlandırsa güney gələr aşqa

Güney zülm ilə dolu yanar dağdır

Həm də canından keçən üzü ağdır

741       *- Güntay Gəncalp

Doğudan doğulmayan görməz batı

Bu gün təməl atılar, sabah çatı

Oyanmadan öncə gərəkməz yatı

Bütövçünün şüarı birləşdirər

Güntay-ın şüarı qeyriləşdirər*

(İrançı, tayları qeyriləşdirər.)

 

   *- “Bütöv Azərbaycan” söyləmindən

fars şovinizmi faydalana bilərmi?

Güntay Gəncalp

742

İkinci Çöhrəqanlı olmayalım

Hər gün bambaşqa hava çalmayalım

Zərərli şey aşına salmayalım

(Qurur ilə inada dalmayalım)

“Bütövləşmək” realisti şüardır,

(“Bütövləşmək” gərəkən bir şüardır,)

Milli qeyrət daşıyan şah damardır.

17.06.2007