50 - Böyük bəy nəyin bahasına pozur?
Böyük bəy nəyin bahasına pozur?
721
Böyük bəy də azqınlar təkin azır
Çünkü milli bayrağımızı pozur
Ağ yerinə qara ay-ulduz düzür
Fars şovenizminin görünməz əli
Böyük Rəsuloğlunu edib dəli
Ki “simqə” adıyla bölələr eli
722
“Baybak” saytını qurduran yönəldən
Bayraq pozan “ayı”ları oynadan
Bütövlüyün ürəyini göynədən
Fars şovenizminin gizli əldir
(Türk birliyini pozanın əlidir)
İnanmayan ağılsızdır dəlidir.
Halbuki yaxşı metodlar yarımı ilə pis dəyərləri
yaxşı göstərməyə çalışan Böyük bəy Rəsuloğlu
deyir ki:
“... Bu təklif ətrafında mübahisələr o qədər demokratik,
titizlik və milli mənafemizi qoruyacaq biçimdə getdi ki,
hər fürsətdən ara qarışdırmaq məqsədi ilə su-istifadə et-
məyə çalışan düşmənin görünmüyən əlləri çaş-baş qal-
dılar. ...
Mən “qara ay-ulduzlu simgəyə” səs verirəm.
Yaşasın Azərbaycan – tanrı Türkü qorusun.
Dərin saygılarımla.” 25.07.2008 Böyük Rəsuloğlu
Gələcəyin də duzaqçı Böyük bəylərini tanıyalım:
Saqqalına güldürən Böyük bəy də öyrətmiş olur ki,
ovlayıcı yemın özəllikləri o cümlədən 1-gəlişi gözəl,
2- populer, 3-nifrət yaradmaq üçün iftiraçı (“özünə
bənzətmək”) olmalıdır:
“Demokratik”, “titiz”, “milli mənfəət”, “ara qarışdırıcı”,
“su-istifadə”, “düşmənin görünməyən əlləri”, “Tanrı
türkü qorusun” (~ Qadın hqlarından yoxsun çürüsün).
Baltacı Araz
723
Böyük bəy bilməz ki, kim deyər bağır
Öncə simgə adıyla bayraq qayır
Sonra bayraq adlandırmağa çağır
Düşmənin böldüyü tayları ayır
Simgə bənzəməməlidir bayrağa
Yoxsa bayrağı daqoyarqırağa
724
Böyük bəy bilməz bölünməz millət var
Milli düşmənlərə qarşı nifrət var
Məclisin dalında milli qudrət var (el gücü)
Milli bayrağı milli məclis sunar
Bütövçü millət işarədən qanar
725 (xətti-hərəkət)
Araz qondarma lideri tanıdar (Örnək olaraq)
O lideri ki, xəttini unudar
Məşyi ilə də xalqımı yanıldar
Böyük bəy həm milli bayrağı pozur
Həm də antiqadın peşində gəzir.
30.07.2008