Çap

49 - Arazizm bayraq sorununu çözüb

Arazizm bayraq sorununu çözüb.

“Kim sizi qəyyum edib,”

“hökm edəsiz (millətə)?”    

Sabir

716

Arazizm düzü əyridən ayırıb

Milli demokratik məktəb qayırıb*

Xalqını biliklənməyə çağırıb

Xalqın haqqı var sevdiyini seçə

Seçdiyi ölçü ilə ölçə-biçə

 

*- “... Milli düşüncənin çeşitli olması sa-

    dəcə güney Azərbaycan hərəkatında

    ortaya çıxıb!

    Millət bir olursa, demək milli düşüncə

    də bir olmalıdır!”

    Baybak saytının sözcüsü

717

Arazizm çözüb millisorunları

Dəyişsədə formaları donları

Dəyişməz mahiyyətləri, yönləri*

Arazizm öyrədib sorun çözməyi

Düşmənə qarşı tərs yöndə üzməyi

718

Arazizm çözüb bayraq sorununu

Qırıb nifaq salanın “burun”unu

Yırtıb qəyyum seçənin “qarın”ını

İçindən bayraq qaldıran Fars çıxıb

Nifaq salanların evini yıxıb

719

Arazizm millətin yolunu gedib

Türk soylu xalqını milliətçi edib

Xəyanət edəni yün təkin didib

Arazizm millətə yazqı yazmayıb

Məclis önərən bayrağı pozmayıb

720

Arazizm deyər hər bir təşkilata

Haqq verməyin “baybak” təkin bir sayta

Milli bayraq seçən bu “deputat”a

Milli bayrağı milli məclis seçər

Nifaqçı fars məclisindən su içər.

18.07.2008