47 - Bölünməz millətimin bayrağı var
Bölünməz millətimin bayrağı var.
704
İran demokratik olsa bölünər
İşqal etdikləri geri alınar
Hər dönəmin öz tütəyi çalınar
”“Gamoh”un dini Farsa qulluq edir
Dinin bügünkü rolundan söz gedir
705
İstiqlaçı Türk Məmmədəminçidir
Rus köləsi edən Türk Leninçıdir
Antidemokrat “gamoh”çu dinçidir
“Gamoh”u irançı dinçi edibdir
Ticarət haqqı almağa gedibdir
706
“Gamoh”un lideri cahil insandır
Cahil olduğu üçün müsəlmandır
Bu səbəbdəndir ki, bilməz nə mandır
Cəhl yapıcı deyil ki, yıxıcıdır
Cəhlin kökünü qazan irqçidir
(Xalqını gəlişdirən ırkçıdır)
707
“Gamoh” özündən başqasını danır
Həm də Allah təkin “rəiyyət” sanır
Görəsən səhvini anlayır qanır?
Milli yazqını milli məclis yazar
Allah yazdıran yazqıları pozar
708
“Gamoh” din ilə tayları ayırır
Bayraq ilə başqa millət qayırır
Nifaq toxumu əkməyə çağırır
Bölünməz millətimin bayrağı var
Məclisi də verməz başqa bir qərar*
*- Yazqısını özgə yazan qoyundur,
Zərəri həm Şəkinin, həm Xoyundur.
709 *Diqqət!
Hər qurum öz yolunu bəlli edir
Ya Farsın, ya Türkün yolunu gedir
“Gamoh”u caydırıbdır “molla Qədir”
Deyib xalqı bayraq ilə uğraşdır*
Böldükdən sonra qanına bələşdir**
Araz deyər səbəbini araşdır.
**- “Gamoh” başımıza çox dərd açacaq,
Tanındıqdan sonra hara qaçacaq?
Ayağın altına yox ki? önə bax!
Yolu aydınladan Araz təkin şax!
07.07.2008