Çap

45 - “Gamoh” nə əkibdir ki, xalqı biçə?

“Gamoh” nə əkibdir ki, xalqı biçə?

“Gamoh” nə vermiş ki, ala bilməyir?

 

(Ağladan, güldürən söz eşindirər,)

(Arazın şeiri beyni düşündürər.)

 

“Gamoh” bilikləndirməyir milləti

Nədi çaş-baş saldığının illəti?

 

“Gamoh” adını “Oyanış” qoyubdur

Oyadanın dərisini soyubdur

 

“Gamoh” haqq verməyir yazıb-yayana

Oyadmayır ki, xalq özü oyana    (ha ha ha)

 

“Gamoh” milli şüur vermək yerinə

Ümumxalq adı verir liderinə      (ha ha ha)

 

“Gamoh” həm xalqını çaş-baş salıbdır

Həm də bayraq davasına dalıbdır

 

“Gamoh” nə əkibdir ki, xalqı biçə?

Liderini ümumxalq lider seçə

 

“Gamoh” federal ilə istiqlal haqqda

Heç bir şey sunmayıb bişə ocaqda

 

“Gamoh” federalizmi tənqid etməyib

Sanma ki, bilimsəl gücü yetməyib

 

“Gamoh” istəmir oyada xalqını

Ki bilməyə bir-birindən fərqini

 

“Gamoh” oyadmayır ki, cahil qala

İstiqlal yox, federal haqqı ala

 

(Hər siyasətin yarısı gizlidir)

 

“Gamoh”un federalizmi bəlli deyil

Şahçıya görə daş-çınqıllı deyil

 

“Gamoh” üçün istiqlal son arzıdır

Bu gün İranda qalmağa razıdır

 

“Gamoh”un hər bir işi planlıdır

Lideri min üzlü çöhrəqanlıdır

 

(Çöhrəqanlı istər ki, lider ola)

(İstiqlaldan öncəki Heydər ola)

 

“Gamoh”un lideri gərçəyi danır

Özünü millətin lideri sanır.*

 

*- Keçinin qoturu bulağın gözəsindən su içər.

 

Cənab “Gamoh”!

Çox səsli millətimizin qurduracağı milli məclisimizin

haqqlarına əl qoymayın! Qərar vermək çox səsli məcli-

sin haqqıdır. Haqq gömən allahlıqlar gömülməlidirlər.

Milli bayrağımızın seçilməsı haqqına malik olan milli

məclisimiz qurulmadan öcəyə qədər, siz də milli məc-

lisimizə önərəcəyiniz özünüzə bənzər bayrağınızı qıfıl-

lı sandığınızda saxlayın! Özbaşınalıq ruhu aşılamayın!

 

Demə ki, mənim “aş”ım yoğurtludur,

Yesən də, yeməsən də haqqın budur.

20.05.2007