44 - “Gamoh” otayımızı dinə satır
“Gamoh”otayımızı dinə satır.
691
Atatürk avrupa yolunu getdi
İnsan haqlarını da azad etdi
Haqq və hüquq davası “son”a yetdi
Maşın yapdırmadı millət əlləşə
Ki öz gücü ilə sənayeləşə
692
Atatürk qovdu dini siyasətdən
Qurtardı dövləti dinsəl fəsaddan
Qurtarmadı gerici iqtisaddan
Yağışdan qurtuldu damcıya düşdü
Montajçı etdilər sancıya düşdü.
693 *- 1412-ci bəndə baxın!
“Gamoh”un dərdi müsəlmanlaşmaqdır
Demokrası ilə yamanlaşmaqdır
Nisa surəsiylə dərmanlaşmaqdır
“Gamoh” deyir otay qalmaz firəngi
Artsa bayrağındakı yaşıl rəngi*
694 *- Diqqət!
“Gamoh” el-obasını dinə satır
Yaşıl rəng üzündən bayraqlar artır
Milli düşmənlərin dadına çatır
Deyir butay otaydan çox türkləşib
Bu səbəbdən bayrağı az gökləşib*
695 *- Diqqət!
“Gamoh” deyir dağı aşdıqdan sonra
Türkləşib, müsəlmanlaşdıqdan sonra*
Qanımız qaynayıb-daşdıqdan sonra
Bütövləşmək haqqda millət düşünər
(Tikilən torbada yonca daşınar.)
696
Türkü nə birləşdirər? Nə ayırar?
Hansısı ayıran bayraq qayırar?
Kimin xeyrinə bölməyə çağırar?
Çaldıran yaramız hələ qanıyır
Baltacı Araz düşməni tanıyır
697
Din həm xalqımızı geriçi edib
Həm də Çaldıranda it təkin didib
Bugün millətimi bölməyə gedib
“Atasına lənət!” din çıxardanın
Dərdə salıb suçları çoxaldanın
698
Geriçi arxanı görər önü yox
Geriçi don dəyişdirər yönü yox
Geriçinin gələcəyi sonu yox
Kapitalizm dinsiz yerdə gəlişər
Ən sonunda kommunizmə irişər*.
*- Çünkü Ürətim güclərinin gəlişməsi, mülkiyyət
şəklinin yeniləşməsini gərəkdirər.
17.11.2006