43 - “Gamoh” parti deyildir ki, cəbhədir,
“Gamoh” parti deyildir ki, cəbhədir,
Yaratdığı nifaq ilə şübhədir.
(Teoru lazımdır anlatmaq üçün,)
(Teorusuz açıla bilməz düyün.)
684
“Gamoh” özünü milli cəbhə sayır
Çöhrəqanlıya deyir bayraq qayır
Bayraq ilə taylarımızı ayır
“Gamoh” gah “istiqlalçı”, gah dinçidir
Gah da federalistdir ki, irançıdır.
685
“Gamoh” oluşubdur neçə teyfdən
Birincisi ithaf olub hərifdən:
İrançı Türkdür ki, girib gilfdən. (Fars casusu)
Çünkü istər butay İranda qala
İradə yox, idarə haqqı ala
686
“Gamoh”un ikinci qolu dinçidir
Çağ dışına qulluq edən önçüdür
İfşa edəni Güntaydır, Yamçıdır
Dinçi teyf demokrası düşmanıdır
Düşmən edən dinidir, imanıdır
687
“Gamoh”un üçüncü teyfi millidir
İstiqlalçı olduğundan bəllidir
Sayısı azından yüzdə əllidir
Milli teyf demokrasıdan yanadır
Dinçi ilə satqına biganədir
688
“Gamoh”u qorxudan çağdaş Bakımdır
Dinçi teyfinə federalçı hakimdir
Otayın düşməni bəllidir kimdir
“Gamoh” tutduğu yolunu gedəcək
İstiqlaçı “Gamoh”u tərk edəcək
689
“Gamoh” bölünməlidir teyflərə
Yoxsa qismət olar naxələflərə
Çata bilmərik milli hədəflərə
Fars Türkə qarşı...bilmədiyi işi
“Gamoh”un əliylə görür “A kişi”
690
Federalizmə sömürgəçı hə deyər
Çünkü az sömürən “dəvamlı” yeyər
Gərəkirsə solçu paltarı geyər
Milli düşmən bizi bizdən ayırar
Tayları ayıran bayraq qayırar. <
Mənim şeirim fikiri gəlişdirər
Gəlişmiş fikir düzən dəyişdirər
11.11.2006