Çap

42 - İki bayraqlı millət ola bilməz

İki bayraqlı millət ola bilməz.

677

Federalçı “Gamoh” bayraq qaldırır

İstiqlal haqqını gözdən saldırır

Düşmənə xeyirli haqqı aldırır

Otaydakı bayraq istiqlalçıdır

“Gamoh” yedirən bayraq federalçıdır

678

Otay istiqlal üçün dövüşübdür

Dövüşdürən hədəfə qovuşubdur

Federalitə dönəmi sovuşubdur

Geriyə qaytaran öncül sayılmaz

İfşa etməsən “gamoh”çu ayılmaz

679

“Gamoh” federalizmə üz döndərməyir

Qondarma bayrağını endirməyir

Səbəblərini yazıb-göndərməyir

“Gamoh” federalçı edir ki, dönməyə

Qaldırıldığı bayrağı enməyə

680

Onda ki istiqlal meydana girər

Sömürgəçi federal haqqı verər

Ki kar baxımından etməyə zərər

Sömürgəçi istiqlalçı öldürər

Federalçılara ... bayraq qaldırar  <

 

Hər siyasətin yarısı gizlidir,

Gizləri kəşf edən açıq gözlüdür.

681

Bütövləşmək haqqından vazkeçilməz

Bayraqlı millətə bayraq biçilməz

Eniləcək bayrağa and içilməz

Keçici simgə lazımdır butaya

İstiqlaldan sonra tullana çaya

682

Sənin bayrağın otayda biçilib

Min doqquz yüz on səkkizdə seçilib

Endirilməməsinə and içilib

İki anam, atam yoxdur, birdilər

İki elim, obam yoxdur, birdilər

683

Otaylı qardaş deyil ki özümdür

Ürəyim, canım, ciyərim, gözümdür

Onsuz bu dünya mənə nə lazımdır?

İki bayraqlı millət ola bilməz

Ortamızdakı duvar qala bilməz.

21.10.2006