Çap

41 - Çöhrəqanlı gizlətməyə çalışır

Çöhrəqanlı gizlətməyə çalışır.

663     (Üsarə = özət ~ çəkirdək)

Çöhrəqanlı cahil deyilsə qanır

Özündən başqalarını yox sanır

Simgəsini milli “üsarə” tanır  (tanıyır)

Çöhrəqanlı boşluqlarda dolaşır

664

Çöhrəqanlı ayırıbdır yolunu

Təmsil edir millətin bir qolunu    (bölücü qolunu)

Milli bayraq önərir səmbolunu

Çöhrəqanlı hara gəldi dırmaşır

665

Çöhrəqanlı qondarma bayraq yonur

Onu da milli bayraq kimi sunur

Tənqidçı dostlarından üzü dönür

Çöhrəqanlı qışqırtmağa çalışır

666

Çöhrəqanlı bənzəsə də “paşa”ya

Partı millət deyil bayraq boşaya

Partı dövlət deyil bayraq daşıya

Çöhrəqanlı anarşizmə bulaşır

667

Çöhrəqanlı bilir aşa nə sala

İstəyər ki, simgəsi qəbul ola

Otaydakı bayrağı sala yola

Çöhrəqanlı bəy boşuna uğraşır.

668

Çöhrəqanlının qurduğu təşkilat

Deyir: “Qeyrətsiz erkəkləri ağlat

Desələr ki, başından çadranı at!

Çöhrəqanlı niyə börksüz dolaşır?

669

Çörəqanlı rəməzanın ilk günü

Dedi “Dəyişmərəm islamçı donu,

Qoymaram ki, gələ islamın sonu.”

Çöhrəqanlı bataqlığa yanaşır

670

Çöhrəqanlı dedi: “Mən müsəlmanam,”

“İslamı qoruyacaq qəhrəmanam,”

“İslamın düşməni ilə yamanam.”

Çöhrəqanlı islam üçün savaşır

671

Çöhrəqanlı neçə üzlü insandır

Deyə bilməyir bayrağım qurandır

Çünkü siyası islam qadağandır

Çöhrəqanlı gizlətməyə çalışır

672      *- Buynuzlu yalan

Çöhrəqanlı bilir nisa surəsi

Qadını edib erkəkin köləsi

Haqq verməyib ibtal ola ayəsi  <

Çöhrəqanlı “eşitlik”dən danışır*

673

Çöhrəqanlının sunduğu “eşit” haqq

Buynuzlu yalan söyləməkdir ancaq

İnanmasan nisa sürəsinə bax

Çöhrəqanlı neçə günlük barışır

674

Çöhrəqanlı demokrat olmalıdır

Siyasətindən dini silməlidir

Dinsiz rejimi hakim qılmalıdır*

Çöhrəqanlı molla ilə yarışır

 

*- Laik və sekular rejim dinsiz olar.

675

Çöhrəqanlı bilir ki, din ev yıxır

Ev yıxan islam dinindən xalq bıxır

Çünkü xalq da dinin önünə çıxır

Çöhrəqanlının əhvalı qarışır

676   *- İnad adam mundar olar

Çöhrəqanlı “çıxaracaq” cıyrığı

Qan “damızdıracaq” sonku buyruğu

Qapı arasından keçsə quyruğu

Çöhrəqanlı inadına sarışır.*

18.10.2006