Çap

40 - Çöhrəqanlı nifaq toxumu əkir

Çöhrəqanlı nifaq toxumu əkir.

656       (illət ~ səbəb ~ nədən)

Çöhrəqanlı özünü “millət” sanır

Atılmış addımlara “illət” sanır

Qurduğu təşkilatı “dövlət” sanır

Milləti yoxa bənzər bir zat sanır

Bu səbəbdəndir ki, bayraq qayırır

Özünü öz millətindən ayırır

657

Çöhrəqanlı ağlar hallara gülür

Bölücü bayraq ilə xalqı bölür

Gamoh saytına girən birlik ölür

İnanmasan psikoloqlardan sor

Yoxsa cahil Çöhrəqanlı təkin yor

658          *- “Gamoh” saytı

Çöhrəqanlı hər on saniyədə bir*

Qondarma bayrağını reklam edir

Durmadan nifaqın dadına yetir

(Həm də Elçibəyi anmağa gedir)

Çöhrəqanlı nifaq toxumu əkir

(Verdiyi sözdən əməldə əl çəkir)

Bəlli “deyil” kimin başını çəkir**

 

**- “Gamoh” saytının getdiyi yolu, qara ay-ulduzlu üç rəngli

      bayraqı galdıran “Təbriz səsi” adlı sitə də gedir ki, mavi

      ay-ulduzlu, qırmızı ay-ulduzlu, yaşıl ay-ulduzlu, sarı ay-

      ulduzlu üç rəngli bayraqların ortaya çıxmalarına, və milli

      hərəkəti paramparça etmələrinə haqq qazandırmış olsun.

      Görəsən bu qara ay-ulduzlu hardan su içir?

(10.11.2010)

659            *- Diqqət! Diqqət!

Çöhrəqanlı başqa bir bayraq yonur

Milli şüur yerinə bayraq sunur*  <

Bütövləşdirən qaynar qanlar donur

Hansı tacir deyər yoğurdum tuşrdur?

Yaxud sunduğumuz lider naxoşdur?

660   (Yazqısını özü yazmayan quldur.)

Çöhrəqanlı düşmənləri dost sanır

Tayların eyni olduğunu danır

Bölücü bayrağa ürəyi yanır

Çarın çəkdirdiyi qondarma duvar

Deyər: “Hər tayın başqa bayrağı var”*

 

    *- Yəmən, Vietnam, Almanya təkin Azərbaycan da çaroğlu çarla-

        rın oyunlarına gəlməyəcəkdir. İrandan ayrılacaq Azərbaycanın

        Bakıda dalğalanan milli bayrağı ilə dövləti və ordusu vardır.

 

661       (qolçaq ~ oyuncaq)

Çöhrəqanlı olmamalıdır qolçaq

BMT basqısından doğan bayraq

İran içində qazana bilər haqq    (Paniranistləri tanıyın!)

Basqı bayrağı müqəddəs sayılmaz

Tayları ayıran bayraq yayılmaz

662

Çəkilən atılan ağrıyan dişdi

Mikrop qapsa görərsənki şişdi

Müqəddəsliyi gömmək çətin işdi

Müqəddəs bayraq ürəkdə daşınar

Qondarma bayraq yerlərdə eşinər.   

26.09.2006