Çap

39 - Çöhrəqanlı niyə aldanır-azır?

Çöhrəqanlı niyə aldanır, azır?

645

Çöhrəqanlı deyir ay “mərdüm azar”,

İstiqlal istəmə ki, Rusya qızar,

Ermənistan da sərhədləri pozar,

Qardaş Türkiyə kökümüzü qazar,

İstiqlalı göndərin arzu gilə,

Federalizmi yedirin xəstə elə.

646

Çöhrəqanlı hər gün bir hava çalır

Gah ayrılır, gah da İranda qalır

İrançıların ... qadasını alır

Çöhrəqanlı xalqı oyuncaq sanır

Dün verdiyi sözləri bugün danır

647

Çöhrəqanlıca İran “gülüstan”dı

O güllərdən biri Azərbaycandı

Onun bu sözündən hamı utandı

Azərbaycanı Farsistan edib çöl

Çöldə heyvan yaşar, gülüstanda gül

648    (Yazqı yazana Allah deyərlər.)

Çöhrəqanlı deyir haqlar “ər”indi

Verilməz haqqın almağı çətindi

Allah kərimdi, “quyusu dərindi”

Allah istəməyir İran bölünə

(Yoxsa milli baclar axmaz gölünə.)

649

Çöhrəqanlı deyir Allaha qul ol

İstiqlal haqqı verməsə yan kül ol

Satıb-xərcləməsi üçün ağ pul ol

Allaha imtiyaz verən millətə

Qulluq etməsən göndərməz “cənnət”ə

650

Silahlanmaq üçün dəstək lazımdır

Dəstəkçidən yana istək lazımdır

İstəksiz dəstəkə “eşşək” lazımdır

Yandaşın istəyi federalizm olsa

Başqa dəstəkçi bul doğma ulusa

651

Çöhrəqanlı sanır Türk qeyrətsizdir

Tarixini unudub, ibrətsizdir

Bütöv Azərbaycana həsrətsizdir

İstəyi öz buludundan yağmayır

Qeyrətindən hesrətindən doğmayır

652          (kənkən ~ quyuçu)

Çöhrəqanlı milli şüurdan qorxur

Yolu həm əyridi, həm çala-çuxur

İstiqlalın başını yerə soxur

Çöhrəqanlı oyadmayır uyudur

Kənkəninyeri qazdığı quyudur

653

Rəşid Dostuma süslü şal lazımdır

Çöhrəqanlıya köhnə mal lazımdır

Azərbaycana istiqlal lazımdır

Dünya federalizmin kökünü qazır

Çöhrəqanlı niyə aldanır-azır?!

654

Çöhrəqanlı bəy özün ilə düz ol!

Az öz-öz de, özünə gəl ki, öz ol!

Milli düşmənlərin tək açıq göz ol!

Yurduna malik olub Fars milləti,

(Federalizm qurtarmaz mülkiyyəti.)

Bağımsızlıq qurtarar mülkiyyeti.

655

Ölkə qurtulsa sənaye qurtular,

Farsa bac verdiyi payı qurtular,

Dili kültürü harayı qurtular,

Baltalanmış orta çayı qurtular,

Türkün ağ ulduzu ayı qurtular,

Butaydan sonra otayı qurtular.

15.10.2004