Çap

38 - Tanıda bildimmi federalist kimdir?

Tanıda bildimmi federalist kimdir?

635       (xət vermək ~ yönəltmək)

Fars bazarını, Türk yurdunu satıb*

Türkün qazancı Farsistanda yatıb

Farsın çapdığı Azərbaycan batıb

Federalist bu anlaşmadan yanadı

Satqın Türkə xət verən biganədir

636

Kim verər dış politikanı Farsa?

Sunar ordu ilə bankanı Farsa?

Buraxar yatırım halkanı Farsa?

Bu milli haqları özgəyə verən,

Milli düşmən deyilsə, nədir ərən?

 

Federalist milli haqlarımı satar,

İç düşmənimin harayına çatar.

_________________________________________

 

*- Yurdsevər demokrat xalqımızın milli demokratik qiyamla-

    rına dəstək vermək istəməyən bazarın şefi olan Türk soylu

    tacir sinfi, aldığı ticarət haqqı bahasına milli haqlarımızı

    satmasaydı, böyük çoxunluğunu imperatorluqlar qurmuş

    Türklərin övladları oluşdurmuş Fars ordusu, nə fəqət Azər-

    baycanı işqal edə bilməzdı, nə fəqət işqal altında saxlaya

    bilməzdı, bəlkə böyük qiyamətlər (inqılablar) qopardı. ...

    Elə ona görədir ki, həm satqın tacir sinfinin siyası təmsil-

    cilərini, həm də bazar əhlini satqın tacir sinifindən qoparıb

    ayırmalıyıq.

637

Ancaq o millət BMT-yə gedər

Ki milli dilini ortaq dil edər

Dili hakim olan kamına yetər

BMT-də danışılan milli dil,

Millətini təmsil edər, bunu bil

 

BMT ~ Birləşmiş millətlər təşkilatı

638

BMT-yə görə qəyyum çobandı

Çobanın otardığı “gövm” qabandı

Yeri BMT deyil, biyabandı

Çobanın haqqı var sağa, qınaya

Qoyuna qoyunluq haqqı tanıya

639

Dövüzsüz millətə silah satmazlar

Ordusuz xalqın dadına çatmazlar

Bakansız xalqı həsaba qatmazlar

Siyası haqqı verərlər qəyyuma

Ki milli-mədəni haqq verə qövma

640

Mərkəzi banka lazımdır dövüzə

Ki ithal-ixrac sorununu çözə

Faizləri yatıra ölkəmizə

Yaddan asılı olan mərkəzi bank

Qoymaz pul basıla, yaxud ala tank

641

Meydanda uduzan yoluna salar

Federal məclisdə savaşa dalar

İqtisadı gücü qədər pay alar

Hər ölkədə yatırılmış sərmaya

Bütcəni oranlı böldürər paya

 

Ki çox çoxala, az yerində saya

Rəqabət qoymaz insaf qanun qoya

642

Sərmayə bütcəni oranlı bölər

Baş qaldıran ordu əlində ölər

Yoxsul millət boşuna yardım dilər

Kapitalizmdən asılı ordu

İstəməz çözülə yoxsulun dərdi

643            *- Diqqət!

Çobanın qoyunu dönüb şir olsa

Oyaq əslanlar ilə əlbir olsa

Azərbaycan sakıncalı yer olsa*  <

BMT-nin də yorumu dəyişər

Azərbaycan istiqlala irişər

644

Yəmən xalqı qovdu milli düşməni

Bütövləşdirdi bölünmüş vətəni

Tanıdı BMT vahid Yəməni

Federalist Türk ... Gilanı vətən sanır

Otayın vətən olduğunu danır

 

Tanıda bildimmi federalist kimdir?

Kim qarın sancısıdır, kim həkimdir?

02.08.2006