36 - Ay mənim canından keçən əskərim!
Ay mənim canından keçən əskərim!
(Qənim kəsirlər özünü özünə,)
(Ki sömürünün ömürü uzana.)
598
Ay mənim canından keçən əskərim
El-obasına and içən əskərim
Babəkın yolunu seçən əskərim
Ən müqəddəs iki şey var dünyada
Yurd ilə eldir ki, satılmaz yada
599
Ay mənim zülümdən bıxmış əskərim
Cəhlinin evini yıxmış əskərim
Düşmənin önünə çıxmış əskərim
Əskər bilməlidir ki, haqq verilməz
Silahlanmadan meydana girilməz
600
Ay mənim aldanıb-azmış əskərim
Öz elinə gəbir qazmış əskərim
Yazqısını qənim yazmış əskərim
Əskər bilməlidir ki, manqurt nədir
Hansı dövlət əskəri manqurt edir?
601
Ay mənim yuxuya dalmış əskərim
Əhvazda qələbə çalmış əskərim
Öz yurdu sömürgə qalmış əskərim
Əskər öz yurdunu qorumalıdır
Milli düşmənini taramalıdır
602
Ay mənim beyni yuyulmuş əskərim
Vətəninə əl qoyulmuş əskərim
Hər gün dərisi soyulmuş əskərim
Əskər qatılmalıdır siyasətə
Ki manqurt olmaya zalım dövlətə
Ki manqurt olmaya satqın dövlətə
603
Ay mənim dadıma yetən əskərim
Yandıran daşnağı ütən əskərim
Erməni qarnını yırtan əskərim
Əskər milli düşmənini öldürər
Ki düşmən olduğunu el bildirər
604
Ay mənim intiqam alan əskərim
Düşmənə qələbə çalan əskərim
İşqalçını yola salan əskərim
Əskər istər ki, butayı ayıra
Otay ilə bütöv ölkə qayıra
605
Ay mənim başı bəlalı əskərim
Milli düşmənin “halalı” əskərim
Satqının satdığı malı əskərım
Əskər haqq verməz ki, manqurt edələr
Silahlandırana robot edələr
606
Ay mənim elinə bağlı əskərim
Düşməndən ürəyi dağlı əskərim
Silahlı savaşın ağlı əskərim
Əskər bilir ki, el haqdan yanadır,
Haqqı doğuran yaşadan anadır.
607
Ay mənim ordumu quran əskərim
Düşmənlərdən hesab soran əskərim
Vuranı durmadan vuran əskərim
Əskər xalqın gözündael oğludur
El uğrunda savaşan ... koroğludur
608
Ay mənim ümid verici əskərim
Sinfi düşməni geriçi əskərim
Qala bilməsən seyirci əskərim
Əskər çağının gözü ilə baxar
Geriçi sinfin dövlətini yıxar
609
Ay mənim demokrat ruhlu əskərim
Rejimi diktator şahlı əskərim
Yaşamı ah ilə vahlı əskərim
Əskər aldanmamalıdır dövlətə
O dövlətə ki, uğradar zillətə.
610
Ay mənim kövrək ürəkli əskərim
İnsancıl arzı-diləkli əskərim
Silahlı, güclü, bilikli əskərim
Əskər istəməz ki, xalq korluq çəkə
Pul üçün övladı göz yaşı tökə
611
Ay mənim yoxsulluq çəkmiş əskərim
Pul üçün göz yaşı tökmüş əskərim
Keçmiş yaşamından bıxmış əskərim
Əskər istər ki, yoxsulluq sovuşa
Sərvət yaradan rifaha qovuşa
612
Ay mənim zülümə qarşı əskərim
Görürsən cib kəsir çarşı əskərim
Artırmayırlar maaşı əskərim
Əskər dəstək verər haqlı ulusa
Cib kəsən bazarı yandırsayaxsa
613
Ay mənim qonşusu işsiz əskərim
Süfrəsi toyuqsuz-aşsız əskərim
Kürsüsü-peçi atəşsiz əskərim
Əskər istər tənbəllikdən qaçına
Dövlət xərci ilə işsiz keçinə
614
Ay mənim təhsil etməmiş yurdərim
Biliyurduna getməmiş yurdərim
Bəlkə də kama yetməmiş yurdərim
Yurdərin haqqı var ki, yazqı yaza
Haqqını verməyən qanunu poza
615
Ay mənim yoxsul kökənli əskərim
Əli-qolu ip-örkənli əskərim
Sözü-diləyi tikanlı əskərim
Əskərin xətti-məşyi olmalıdır
Doğru yolu arayıb-bulmalıdır
616
Ay mənim haqq tərəfdarı əskərim
Pisi pisləyən göftarı əskərim
Dövüşcü edən rəftarı əskərim
Əskər istər ki, diktatorluq çökə
Dirənən zorbanın qanını tökə
617
Ay mənim eşitliksevərəskərim
Eşitsizlik edər davar əskərim
Bireyin eşit haqqı var əskərim
Əskər bilməlidir ki, illət nədir?
Ədalət varsa bu fəlakət nədir?
618
Ay mənim qəmli-laylalı əskərim
Eşit hüquqlu leylalı əskərim
Ay-ulduz təkin aylalı əskərim
Əskər istər ki, qadın hür yaşıya
Çadra yerinə qəmzə daşıya
619
Ay mənim hüriyyətsevər əskərim
Sözləri dürr ilə cövhər əskərim
ATATÜRK yolçusu lider əskərim
Əskər bilməlidir ki, kim haqlıdır
Haqsevər edən insancıl ağlıdır
620
Ay mənim çörək qazanan əskərim
“Əli harama uzanan” əskərim
Pis buyuruğa özənən əskərim
İnsafmı qarın doyuran aş üçün,
Sixasan haqlının beyninə qurşun?!
29.10.2006