Çap

35 - Vətəni qurtarın özünüz üçün

Vətəni qurtarın özünüz üçün.

   (Qöz qördüyündən qorxar.)

591     *- Bəzirqan

Savaşmayan siniflər bəllidilər

Kəndxanı, bazarxanı,* molladılar

İstiqlal carçıları millidilər

İstiqlalçı olmayan irançıdır

Başqa cür yorumlayan yalançıdır**

 

   **- Günaz Tv-nin iştirakçıları təkin.

592

Savaşmayan siniflər qan verməzlər

Ana vətən uğrunda can verməzlər

Qorxaq sinfə Azərbaycan verməzlər

Qurtarıcı sinfin sinfi sorunu

Çözülməlidir ki, görə karını

593

Savaşmayan sinflər pulludular

Ancaq o bölümləri millidilər

Ki milli savaşa pul yolladılar

Yardım etməyən pullu milli deyil

Zəlidir ki, “pətəyi ballı deyil”

 

(Bizə boş söz yox ki, qanun lazımdır.)

594

Niyə mən ölüm ki, tacir qazana?

Fəhlə ac yata ki, ərbab bəzənə?

Son qoyulmalıdır bu pis düzənə.

Mən vətən uğrunda hazıram öləm,

Ki eşit şəkildə karnı böləm.

 

“Top əti” etməyin, ağıllandırın!

595

Yurdunu qurtaran şəhid verən halk

 Bazarı da yaxmağa qazanar hakk, 

O bazarı ki, deyər neçə qat sok

Qurtarıcı xalqı ordu qoruyar

Yoxsa yoxsulluq ölkəni bürüyər

596

Dövlət hər şeyi gəlişdirə bilər

Həm də mahiyət dəyişdirə bilər

Orduyla xalqı döyüşdürə bilər

Qurtuluşun karı rifah olmasa

Sinfi savaşı yedirər ulusa

597    *- Kimlərə yazdırır ????      (“Axtaran tapar”)

Qurtarın vətəni özünüz üçün

Tacir üçün yox ki, satdırır bu gün

Ki yarın da tuta başqa toy-düyün

Bundan sonra bu haqqda yazmalıyıq

Tacir yazdıranları pozmalıyıq.*

25.10.2006