34 - Tacir sinfi satıb Azərbaycanı
Tacir sinfi satıb Azərbaycanı.
584
Hər olaya bəlli qural hakimdir
Kəşf edə bilən siyası həkimdir
Səfərbər edən bilimsəl hökümdür
Qural yaradma qurallı düzənə
Uyma “ort-basdır” edənin sözünə
585
Azərbaycanı Farsa satan tacir
Edib Türkü öz yurdunda müstəcir
Ki çapqınçı Farsistan edə əcir
Bu səbəbdən Türk asimilə olur
Çapılan çiçəkli bağları solur
586
Satqın tacir bazar üçün düşünür
Xalqı isə dərd əlində eşinir
İşsizlikdən Farsistana daşınır
Fars dövləti Azərbaycanı əmir
Türk taciri bağımsızlıq istəmir
587
İstiqlala gərəkən güc oyanıb
Sömürgəçinin önündə dayanıb
Sinə gərəni qanına boyanıb
Tacir sinfi böyük bazar istəyir
Umman üçün Türkə Xəzər istəyir
588
Tacir sinfi satıb Azərbaycanı
Bu səbəbdən tökülməlidir qanı
Yoxsa qurtulmaz Türk xalqının canı
Öldürən Farsdır, öldütdürən satqın
Satmasaydı tapdalanmazdı haqqın
589
Ticarət üçün əmniyyət lazımdır
Əmniyyət üçün hüriyyət lazımdır
İstiqlal ilə hüviyyət lazımdır
Qalan-qulanı bazarda tapılar
İnqilab günləri bazar çapılar
Çapılmış un ilə çörək yapılar
590
Milli haqq satanın evi yıxılsa
Bazarları yandırılıb-yaxılsa
Demək ki, başı bəlaya soxulsa
Farsa satdığı haqqı geri alar
Dəstəksiz qoyduğunuyola salar.
Dış düşmən budaqdı, iç düşmən kökü,
Türkdən başqa kimsə yenməmiş Türkü.
24.09.2006