33 - Ay bazar əhli nə yatmısan oyan!
Ay bazar əhli nə yatmısan oyan!
564
Ay bayar əhli nə yatmısan oyan!
Yirmi iki Mayın dalında dayan!
Ödə borcunu hər nə düşsə payan!
Bazarı bağla düşmənin üzünə!
Qatıl xalqın istəyinə sözünə!
565
Türk soylu tacirin deputatları
Hakim ediblər fars soylu Tatları
... Millidir tacirdən başqa qatları
Milli dövlət milli tacir yaradar
(Yetər ki,dövləti verə etibar)
Bazar əhlindən ki, istedadı var
Türk soylu tacirbazarın şefidir,
Türkü Farsa satan tacir sinfidir.
566
Azərbaycan Fars sömürgəsi olub
Milli iqtisadı saralıb-solub
İşsizlikdən Farsistanda iş bulub
Azərbaycanı Farsistan sömürür
Milli haqq satan Türk sümük gəmirir
567
Azərbaycan manufakturçu qalıb
Çünkü Farsistan sərvətini çalıb
İnkişaf haqqını əlindən alıb <
Farsistan sayısız fabrika qurub
Çünkü Fars dövləti dalında durub
568 *- Qullandığı yabancı mala.
Azərbaycanında yaşayan nüfus
Banka faizi verir təlis-təlis
(+Gömrük vergisi verir təlis-təlis)*
Yatırılmayır yurdunda bir fülus
Faizlər yatırılmaz sömürgədə
Ki işsizlikdə yarana bölgədə
569
Azərbaycanın ən böyük məhsulu
İşsizlikdir ki, edirFarsın qulu
Bağımsızlıqdır qurtuluşun yolu
İşsizə işverən könlünü alar
İşsiz ölkə xalqını dərdə salar
570
Azərbaycanın bollu mədəni var
Ki Fars dövlətinə sağlayırlar kar
Hər il bəlkədə onlar milyad dolar
(Və Süngündən onyeddi milyard dolar)
İsfəhan dörd yüz altmış milyon alır
On üç milyonu Ərdəbilə qalır*
*- Diqqət: İsfəhan şəhərinə, Ərdəbil vilayətinə.
571
Azərbaycanın heç bir şəhərində
Həm başkəndində, həm də Əhərində
Firma yoxdur fabrika təhərində
Bu həddə cinayət edən Fars ilə
Hansı qeyrətli Türk verər əl-ələ?
572
İki min beş yüz il öncəni danan
Dilini öldürmək üçün Fars sanan
Turanı tərk etməsinə inanan
Rus “güc”üylə bəy duran siyası Fars
Türk düşməni deyilsə, nədir? xənnas!
573
Firdovsunun şeirini silmək olmaz
Qullanılacağnı bilmək olmaz
Duvağını bulmayan çölmək olmaz
Antitürk fars ədəbiyyatı ilə*
Namuslu Türk barışmaz qaragilə
574
El gücündən qorxan düşmən “barışar”
“Ədalət” ilə “birlikdən” danışar
İqtisadı gücü ilə yarışar
Haqsız, qanundan yana ola bilməz
Doqquz aylıq qarında qala bilməz
575
Hər kəs odu öz qabağına deşər
Hər dalda üstün olmağa əlləşər
Çox millətli məclisdə dava düşər
İqtisadı güclü millət zor deyər
Közü alışdıran kötəyin yeyər
576 *- Barişmaz təzadların ...
Barışmazın barışcil həlli olmaz*
Çalacağı havalar bəlli olmaz
Yaddan asılı məclis milli olmaz <
Federalizm sömürgəçinin yoludur
Federalist satqın tacirin quludur
577
“Haqqını istəməki öldürərlər”
Ölümdən qorxmayanı güldürərlər
Düyün açanlar üçün bildirərlər:
Kim kimi yer üzündən silə bilməz?
Dövlətmi? Millətmi? Kim bilə bilməz?
578
Neçə millətli federal ölkədə
Ortaq olmayan dil qalar kölgədə
Ortaq dil əridər qeyri özgədə
Çoxunluq ortaq dildə təhsil alar
Çünkü hər ölkəyə getsə iş bular
Türkcələşdirmək ilə birlikdə, unudulmuş türkcə sözcüklərimiz
“Azərbaycan türkcəsinin açıqlanmış sözlüyü”nə artırılmalıdırlar!
Azərbaycanda bügünkü dövlətimizin antitürk siyasətinə son ve-
rildikdən sonra, o cümlədən “Azərbaycan dilinin izahlı lüğəti”
adlı kitabın həm adı, həm də içəriyi türkcələşəcəkdir.
579
Sömürgəyə lazım olan sənayi
Farsistanda qurulubdur ənayi
Qoymazlar Turanda qurula tayı
Azərbaycan ayrılsa olmaz hədər
Sənayesi olar Farsistan qədər
580
Farsistandakı dövləti sərmaya
Bölünməlidir ki, yanmaya taya
Hər millət yetişə verdiyi paya
Necəki Moskova hesaba qatdı
Yüz altmış təyyarə Bakıya çatdı
(???)
581
Köləliyin kökünü qazmalıyıq
Özgə yazan yazqını pozmalıyıq
Yazqımızı özümüz yazmalıyıq
Özgəyə umud olan şamsız qalar
Yetmiş ildən sonra haqqını alar
582
İran ikinci bir İsveç sayılsa
Loristanı qorumaq borç sayılsa
Otayı vətən saymaq suç sayılsa
Sataram federalizmi Farsa Rusa
Xəyanət etmərəm milli namusa
583
Türkü Farsa satan sinf satılacaq
Bazar əhli qiyama qatılacaq
Atılacaq addımlar atılacaq
Bazar əhli yerini bulmalıdır
Hərəkətin lideri olmalıdır.
24.07.2006