32 - Türk-dünyasından da qovulmalıdır
Türk-dünyasından da qovulmalıdır.
(Atamız Atatürkə ithaf edirəm.)
547
Neçə dövlətli Türklər bir ulussa
Hansı Türk, Türk düşməni ilə dostsa
Farsın, Erməninin xeyrinə sussa
Türk-dünyasından da qovulmalıdır
“Türkün Türkdən başqa dostu yoxdur.”
“Neçə dövlətli Türklər bir ulusdur.”
BÖYÜK ATATÜRK
548
Hansı Türk dövləti Türkü sevməsə
Silahsız Türkü döyəni dövməsə
Qarabağdan Ermənini qovmasa
Türk-dünyasından da qovulmalıdır
549
Türkiyə dövləti sevir otayı
Çünkü Bakıdan alıbdır neft payı
Satmış olsa istiqlalçı butayı
Türk-dünyasından da qovulmalıdır
550
Azərbaycan İrandan qopmalıdır
Bütövləşdirən körpü yapmalıdır
Türk desə Türk yolundan sapmalıdır
Türk-dünyasından da qovulmalıdır
551
İranın bütövlüyündən yana Türk
Bütöv Azərbaycana biganə Türk
Xəyanət etsə Azərbaycana Türk
Türk-dünyasından da qovulmalıdır
552 *- ... “böcək” tanıdıb
Fars Türkü dünyaya “eşşək” tanıdıb*
Həm çapıb, həm öldürüb, həm yanıldıb
O Türk ki, cinayətləri unudub*
Türk-dünyasından da qovulmalıdır
553
Ankara çox küsdürübdür Tərbizi
Çünkü səksən ildir unudub bizi
Genə Farsın xeyrinə dönsə üzü
Türk-dünyasından da qovulmalıdır
554
Hansı Türk dövləti Farsa satılsa
Duzaqçı federalist Türkə qatılsa
Yediyi ətin sümüyü atılsa
Türk-dünyasından da qovulmalıdır
555
Özbəkistan gülsə də, ağladı çox
Rusyadan qopdu, Əfqanistandan yox
Rəşid Dostum təkin hər kəs yesə p...
Özbəkistandan da qovulmalıdır
556
Əfqan Özbəkistana oldu yiyə
Özbəkistan bütövləşməsin diyə
Böylə yardım edəcəksə Türkiyə
Batı Turandan da qovulmalıdır
557 Həddini bil!
Oyuncaq sansalar Türk millətini
Patladarıq Bakı-Ceyhan xəttini
Sümüyünü atıb yesə ətini
Türkmənistandan da qovulmalıdır
558
Türklərin qurtuluş yolu birlikdi
Birliyin təməldaşı türkçülükdü
O Türk ki, tənqidçi Türklərdən ürkdü
(O Türk ki, Baltacı Arazdan hürkdü)
Qazaqistandan da qovulmalıdır
559
Milli haqq almağa bilik lazımdır <
Silah qayırmağa birlik lazımdır
Desə gəmirməyə sümük lazımdır
Tataristandan da qovulmalıdır
560
Ürədə bilməyən satsalar qoşar
Yağışdan qurtular damcıya düşər
O Türk ki, montaj etmək üçün yaşar
Qırqızistandan da qovulmalıdır
561
Türk birliyi milli haqları alar
Çin təkin silah qayırmağa dalar.
O sinfin dövləti ki, dərdə salar
Moğolistandan da qovulmalıdır
562
Azərbaycanın da borcudur demək
Türk dünyasına borcunu ödəmək
Çünkü Rusyaçı dövlət etməz kömək
Azərbaycandan da qovulmalıdır
563
Bu sözlər qələbənin əsrarıdır
Azərbaycan xalqının qərarıdır
O xeyirdən ki, payı zərəridir
Türk-dünyasından da qovulmalıdır.
20.08.2005