31 - Azərbaycan, qurtaracağız səni
Azərbaycan, qurtaracağız səni.
532
And olsun doğranmış ulu Babəkə
Qadına haqq istəyən Türk Məzdəkə
Həm yurdsevər, həm də demokrat Türkə
Azərbaycan, qurtaracağız səni.
533
And olsun səhv etməyən Sətarxana
Farsı dost sanmaz ki, gedə Tehrana
Kim xəyanət etdi Azərbaycana?
Azərbaycan, qurtaracağız səni.
534
And olsun başçımız Məmmədəminə
Elçibəyin etdiyi bu yəminə
“Ya ölüm, ya istiqlal Türk elinə”
Azərbaycan, qurtaracağız səni.
535
And olsun Pişəvərinin yoluna
Yurdsevər Türkün sağına soluna
Yurdsevər doğub-böyüdən koluna
Azərbaycan, qurtaracağız səni.
536
And olsun Azərin yirmi birinə
Qurtardığı yurdu ilə yerinə
Arvadını sərbəst edən ərinə
Azərbaycan, qurtaracağız səni.
537
And olsun verdiyimiz şəhidlərə
Gərçəkləşdirdiyimiz tənqidlərə
Sadiq qalacağımız təhüdlərə
Azərbaycan, qurtaracağız səni.
538
And olsun qurtuluşumun çağıma
İşqal olmuş ağlar Qarabağıma
Xocalıda görən ürək dağıma
Azərbaycan, qurtaracağız səni.
539
And olsun türksevər edən dinimə
Erməniyə bəslədiyim kinimə
İntiqamımı alacaq tinimə
Azərbaycan, qurtaracağız səni.
540
And olsun el-obasın sevənlərə
Sevgilərindən doğan güvənlərə
Ki qənim kəsiliblər şüvenlərə
Azərbaycan, qurtaracağız səni.
541
And olsun xalqımızın fəryadına
Dərdə düşmüş milli ... iqtisadına
Dadına çatan igit övladına
Azərbaycan, qurtaracağız səni.
542
And olsun Azərbaycanlı Qadına
Ki demokrat firqə çatdı dadına
Getdi ölkə satanların badına
(Getdi müxtariyyətçinin badına)
Azərbaycan, qurtaracağız səni.
543
And olsun qutsal kimliyim Türklükə
Kimliyimi qoruyan böyüklükə
İstiqlal üçün savaşan Babəkə
Azərbaycan, qurtaracağız səni.
544
And olsun “Gülüstan” poemasına
Bəxtiyarın qan-yaş ağlamasına
Vahid Azərbaycan çağlamasına
Azərbaycan, qurtaracağız səni.
545 (Hansı Araz? Baltacı Araz.)
And olsun otaydakı istiqlala
Vahid Azərbaycana, vahid ala
Baltalayanları sən də baltala*
Azərbaycan, qurtaracağız səni.
546
And olsun Arazın şirin canına
Damarında axan milli qanına
Başı kəsilib-qoyulsa yanına
Azərbaycan, qurtaracağız səni.
08.03.2005 Baltacı Araz