30 - Güc birlikdən doğar
Güc birlikdən doğar.
522
Sən də mən təkin əzilmiş Türksən gəl!
Milli savaş meydanında təksən gəl!
Düşmənə qarşı ürəyi bərksən gəl!
Gəl, yenməyi yenənlərdən öyrənək.
523
Tək əldən səs çıxmaz ki, mühtacam, gəl!
Sanki odsuz-közsüz qalmış sacam, gəl!
Öyrənib-öryətməyə də acam, gəl!
Gəl, eqoistliyin kökünü qazaq.
524
Axtaran taparsa axtarmağa gəl!
Tapılmış silahla qurtarmağa gəl!
Garabağımızı qaytarmağa gəl!
Gəl yenilməyin nədənini bulaq.
525
Qalan işə qar yağarsa erkən gəl!
Manqurt edən fikirlərdən silkin gəl!
Savaşın hədəflərini örgən gəl!
Gəl təcrübələrimizdən dərs alaq.
526
Düşmən manqurt etmişsə özünə gəl!
Gözünü oymaq üçün gözünə gəl!
İnad etmə, Arazın sözünə gəl!
Gəl qeyrət öldürənləri öldürək.
527
Milli düşmən ilə düşmən olsan gəl!
Milli istiqlala çarə qılsan gəl!
İstiqlalçı xalqa sadiq qalsan gəl!
Gəl ulu Babəkın yolunu gedək.
528
Türkün sağı soluna yaraşsan gəl!
Yənı istiqlal üçün savaşsan gəl!
Bütövləşdirən bacı-qardaşsan gəl!
Gəl bütövləşdirək otay butayı.
529
İstiqlal yolunu doğru bulsan gəl!
İstiqlalçının dinçisi olsan gəl!
Baş kəsən yox ki, saçımı yolsan gəl!
Gəl yurdu sömürgəlikdən qurtaraq.
530
(1)Demokrası içrə yerləşməyə gəl!
(2)Sol istiqlalçıyla birləşməyə gəl!
Savaş qanlı olar, gürləşməğə gəl!
Gəl birləşək ki güc birlikdən doğar.
531
Demokrasıdan dinə haqq alsan gəl!
İnsan haqlarına sadiq qalsan gəl!
İdeolojik savaşa dalsan gəl!
Gəlin demokrasını rəsmi sayaq,
Birey haqqı verək, fikrini yayaq.
14.04.2005