28 - AZƏRBAYCAN!
AZƏRBAYCAN!
469
Varlığımız ölməkdədir
Dünya bizə gülməkdədir
Düşmən aşı çölməkdədir
Azərbaycan! Azərbaycan!
470
Fars Türklərə heyvan deyir
Həyalı Türk söyüş yeyir
Haçana dək edək səbir
Azərbayca! Azərbaycan!
471
Garabağı düşmən aldı
Namusumuz əldə qaldı
Arazları dərdə saldı
Azərbaycan! Azərbaycan!
472
Çörək demə, “nan” deyirlər
Ana dilin dan deyirlər
Qeyrətsiz ol yan deyirlər
Azərbaycan! Azərbaycan!
473
Ana dilim namusumdur
Gözəl-göyçək Tavusumdur
İrsiyyəmdir, varisimdir
Azərbaycan! Azərbaycan!
474
Biz qazandıq məşrutəni
Dəyişmədik xəritəni
Dərdə saldıq bu vətəni
Azərbaycan! Azərbaycan!
475
Türk övladı savadsızdır
Şəhərləri zavodsuzdur
Harayları imdadsızdır
Azərbaycan! Azərbaycan!
476
Fars İranda dövlət olub
Azərbaycan qarət olub
Farsa milli sərvət olub
Azərbaycan! Azərbaycan!
477
Fars dövləti vergi aldı
Farsistanda ... şəhər saldı
Mənim yurdum geri qaldı
Azərbaycan! Azərbaycan!
478
Bank daeldən alır faiz
Faydalana bilmir ... Tərbiz
Ki olmaya sənayemiz
Azərbaycan! Azərbaycan!
479
Türk məhsulu ... şukulatdır
Fars montajçı bir dövlətdir
Savaşdıran bu illətdir
Azərbaycan! Azərbaycan!
480
Satqın satıb, Fars alıbdır
Çalıb-çapıb qurd salıbdır
Ana yurdum çölqalıbdır
Azərbaycan! Azərbaycan!
481
Almaq olmur bir dəst fincan
Qarət olur Azərbaycan
Çapılacak nə vaxtacan?
Azərbaycan! Azərbaycan!
482
Fars xor baxıb Türk elinə
Zülüm edib Türk dilinə
Dağ qoyubdur Türk əlinə
Azərbaycan! Azərbaycan!
483
Fars yurdumu çalır-çapır
Alnıma da yapma yapır
Satılan yolundan sapır
Azərbaycan! Azərbaycan!
484
Vətənimi Rusya böldü
Yüz minlərcə babam öldü
Dost ağladı, düşmən güldü
Azərbaycan! Azərbaycan!
485
Rus böldü bərbad eyləyə
Düşmənləri şad eyləyə
Tayları da yad eyləyə
Azərbaycan! Azərbaycan!
486
Çar otayakəsdi kəbin
Qurtarmışdı Məmmədəmin
İşqal etdi faşist Lenin
Azərbaycan! Azərbaycan!
487
Otayda dil azad idi
Qadın haqları şad idi
Çapılan yurd bərbad idi
Azərbaycan! Azərbaycan!
488
Stalin də keçən həftə
Türkə silah verdi müftə
Devrimimi satdı neftə
Azərbaycan! Azərbaycan!
489
Otay-butay vahid candır
Gözü yaşlı bağrı qandır
Yaralanmış bir ceyrandır
Azərbaycan! Azərbaycan!
490
Haraylayır elim məni
Qurtar deyir dilim məni
Ağladırı telim məni
Azərbaycan! Azərbaycan!
491
Ağlama ay gözəl vətən
Qurban olsun sənə bu tən
Geyinərəm mən də kəfən
Azərbaycan! Azərbaycan!
492
Qurban olum istiqlala
Vahid elə, vahid ala
Araz gərək haqqın ala
Azərbaycan, Azərbaycan
Yaşa, yaşa Azərbaycan!
16.06.2004