26 - Türk qələbə çalmağa hazırlanır
Türk qələbə çalmağa hazırlanır.
448
Ay Türkü milli kölə edən düşmən
İşqalçılıq kamına yetən düşmən
İşqalçının yolunu gedən düşmən
Türk istiqlal almağa hazırlanır
449
Ay Türkün istiqlalını satdıran
Milli iradəsin çöpə atdıran
Satqın sinfi muradına çatdıran
Türk ağıllandırmağa hazırlanır
450
Ay Türkün istiqlalına göz yuman
Gələcəkdən Türkə istiqlal uman
Haqq verilməz ki, alınar hər zaman
Türk İranı bölməyə hazırlanır
451
Ay Türkü barışcıl etmək istəyən
İdarə haqqına yetmək istəyən
İradəsi əldən getmək istəyən
Türk bağımsız olmağa hazırlanır
452
Ay Türkü barışcıl savaşa itən
Milli düşmənlərin dadına yetən
Haqq verilməz ki, alınar ay vətən!
Sanma ki, Türk yılmağa hazırlanır
453
Ay Türkü milli savaşdan qorxudan
Qorxutmaq üçün fəlsəfə toxudan
Türk xalqı oyanmaqdadır yuxudan
Türk savaşa dalmağa hazırlanır
454
Ay Türkü düşmən ilə barışdıran
Düşməni Qarabağa darışdıran
Dağlı ürəyimizi alışdıran
Türk intiqam almağa hazırlanır
455
Ay Türkə açıqca sözün deməyən
Nala-mıxa döyən, düzün deməyən
Sapdıracaq yolun, tərzin deməyən
Türk anlayıb-bilməyə hazırlanır
456
Ay Türkü satdırıb-qazanan soydaş
Milli boyalarla bəzənən soydaş
Bölmək üçün əli uzanan soydaş
Türk Turanı qurmağa hazırlanır
457 (Fars aşı ~ federalizm)
Ay Türkü başçısız edən başçılar
Türkə Fars aşı pişirən aşçılar
İstiqlalçı daşladacaq daşçılar
Türk istiqlal almağa hazırlanır
458
Ay Türkü yolundan azdıran “lider”
Türk əliylə dəngə pozduran “lider”
Federalizm peşində gəzdirən “lider”
Türk milli dost bulmağa hazırlanır
459
Ay Türk xalqını bilikləndirməyən
Milli şüuru ürəkləndirməyən
İstiqlalçı ruhu dikləndirməyən
Türk pasları silməyə hazırlanır
460
Ay eşikdən Türk, içdən Türk düşmanı
Federalizm coşdura bilməz Ummanı
Çünkü istiqlaldır Türkün dərmanı
Türk istiqlal almağa hazırlanır.
461
Verilməz haqları almaq gərəkir,
Ölüb-öldürməyə dalmaq gərəkir,
Düşmənləri taxdan salmaq gərəkir,
Kütləviləşmək üçün savaş başlat,
Məntiqdən sonra el gücünü işlət.
26.10.2005