Çap

25 - Siyasət mollanı ixrac eylədi,

Siyasət mollanı ixrac eylədi,

Çağdaş Türkiyəmizde də böylədi.

         (Bu günün yarını var,)

            Geriçi ürünü var.)

438   Antiqadını çöplüyə atarlar.

Molla ürətlirlər ki, rəhbər ola

Salam ilə salavat hakim qıla

Seçiləcək rəhbəri taxtdan sala

Sanma ki, aşiq olubdur saraya

439

Türk oyanıb ki, şahı taxtan salıb

İşqalçıya qarşı savaşa dalıb

Molla lider olmaq hayına qalıb

Molla oyatmaz ki, çata haraya

440

O zaman ki, Türk milləti dardaydı

Yaxud kəklik kimi başı qardaydı

Şah olmaq istəyən molla hardaydı?

Niyə son günlər soxulub araya?

441

Molla istər hazırına şah ola

Sürükləyə bilməsə əyri yola

Devrimə çəkdirə dərd  ilə bəla

Həm də duz səpə vurduğu yaraya

442

Oyanan xalqın fikiri gəlişir

Molla islamın donunu dəyişir

Pisi yaxşı göstərməyə çalışır

Qoyma ağı da bənzədə qaraya

443

Tiryakı urusbu edən molladı

Rəhbər olmaq üçün xalqı tovladı

“Salam-salavat” gücüylə ovladı

Dərd çəkdirən düşünməz ki, çaraya

444          *- Ərəb casusu

Mollanı dəstəkləyən geriçidir

Geriçiliyə qarşı seyircidir

Ərəbizmi daşıyan xaricidir*

Molla el-obasın satar paraya

445

Sanki mollasız şey işə salınmaz!

Sanki mollasız qələbə çalınmaz!

Sanki mollasız haqqımız alınmaz!

Sınanmışmollanı soxma araya!

446

Siyasət mollanı ixrac eylədi

Elçibəy də eyni sözü söylədi

Demokrat olmağın şərti böylədi

Demokrat ağ deyə bilməz qaraya.

447           Sonuc:

Kültür devrimindən öncəki səsə

Mollanı qatma ki, başınıkəsə

Çağdaşlıq bayrağı lazımdıəsə

Yazqı yazmaq haqqı verə ... Saraya.

14.01.2006