Çap

24 - Lənət olsun satqın əkib-doğana!

   Lənət olsun satqın əkib-doğana!

     (Davamız Qarabağın davasıdır.)

429

Rusyanın süngüsü Heydər Əliyev

Rusun orkestrasında çalırdı dəf

Rus sazına oynadıb sürürdü kef  <

Lənət olsun satqın əkib-doğana

430        *- Günəbaxan Heydər

Rus imperyası çökmək dövründəydi

Əliyev don dəyişmək zorundaydı*

Bu işi də Rusyanın uğrundaydı

Lənət olsun satqın əkib-doğana

431

Heydər gəldi qoyun edə otara

Qovulan Rusyanı geri qaytara

Gəlməmişdi Qarabağı qurtara

Lənət olsun satqın əkib-doğana

432

Heydər gəldi sülh ala ölkə sata

Qarabağı Ermənistana qata

Rus maşası Erməni kama çata

Lənət olsun satqın əkib-doğana

433

Satqın Fars satılır köləçi qala

Satqın Türk satılır barışcıl ola

Savaşa sülh ilə qələbə “çala”    (atəşkəs)

Savaşdan sülh ilə haqqını “ala”

Lənət olsun satqın əkib-doğana

434

Heydər Əliyev on il şahlıq etdi

Qarabağı geri almadan getdi

Mafyasında başqa kim kama yetdi?

Lənət olsun satqın əkib-doğana

435

İşqalın ömründən on dörd il keçdi

İşqal edən savaş qanımı içdi

Qeyrət öldürən sülh nə əkdi-biçdi?

Lənət olsun satqın əkib-doğana

436

Haqq verilməz savaş ilə alınar

Top-tüfəng ilə qələbə çalınar

Sülh ilə nəcat geriyə salınar

Lənət olsun satqın əkib-doğana

437

Erməni torpaq alır, biz satırıq

Neft gəliri ilə kama çatırıq

Rifa vədəsi ilə aldadırıq

Silahsız ordu qurdurub yatırıq

Lənət olsun satqın əkib-doğana.

10.11.2005