23 - “Otur” barışcıl metodun içinə!
“Otur”
barışcıl metodun içinə!
422
Yurdsevər Türkü taxtından salırlar
Satqın Türkün tütəyini çalırlar
Çünkü Rusyadan buyuruq alırlar
Deyirlər göz yum düşmənin suçuna.
“Otur” barışcıl metodun içinə!
423
Yurdumu bölürlər dilim-dilimə
Tayları “qonşu” edirlər elimə
Bütövçünü bənzədirlər zalimə
Barışcıl davran deyirlər gücünə.
“Otur”barışcıl metodun içinə!
424
Farsı Türkə hakim edib gedirlər
Türkü Farsa milli kölə edirlər
Farslar baş qaldıran Türkü didirlər
Deyirlər barışcıl ol ki, keçinə.
“Otur” barışcıl metodun içinə!
425
Bölünmüş taylarımız təzyif olur
Susuzluqdan milli gülləri solur
Qarabağa köçmən Erməni dolur
Barışcıl qayıda bilməz Laçına.
“Otur” barışcıl metodun içinə!
(Silahla alınan silahla qaytarılar.)
426
Savaş qurtardı Yəməni, Kıbrısı
Barış gücləndirir şovenist Farsı,
Qarabağı işqal etdirən Rusu
Barış verdi “dədəsinin borcuna”
“Otur” barışcıl yöntəmin içinə!
427 “Şərq” ~ Sömürqəçi Rusya ilə Çin
“Şerq” deyir Türk öldür ki, mən uzanım
“Qərb” deyir Türk uduzsun, mən qazanım
İçiboş vədələr ilə bəzənim
Bəlkə Türk silahlanmaqdan qaçına
“Otur” barışcıl yöntəmin içinə!
428
Barışçıl metod federalizm üçündür
Federalizm aldadıcı oyundur
Özgədən asılı millət qoyundur
Azərbaycana istiqlal lazımdır
Ya ölüm, ya istiqlal son sözümdür.
02.07.2005