22 - Güneyli liderlər geriçidilər
Güneyli liderlər geriçidilər
414
Yurdumun quzeyi avrupalaşıb
Güneyinə geriçilik suvaşıb
Geriçilik dərdlərinə bulaşıb
Din dəyişkəndi, qalıcı vətəndı
Bütövləşməyi zorlaşdıran dindi
415
Butaylı tacir sevməyir otayı
Çünkü farsdan alır satqınlıq payı
Butayın hayı gedib qalıb vayı
Geriçi duvaqlar tapır çölməyə
Taylarımız bütövləşə bilməyə
416 *- Manqurtluğa son!
Tacir satsa səni, sən də onu sat
Beyninə qoyduğu dini çıxar at
Yəni özün ol ki, muradına çat*
Özün olsan öz yolunu gedərsən
Elini yurdunu azad edərsən
417
Feodalizm Tacirin məhsuludur
Din o rejimin ana üsuludur
Mollası propaganda məsuludur
(Bugünkü mollaicra məsuludur)
Məzlumun qaydası demokrasıdır
Demokrası dərdin ilk çarəsidir
“Biz Azərbaycan Türklərinə, Türk Azərbaycanımız “demokrası
”dan, “dem qırası”ndan (Baltacı Arazın demokrası davasından - Araz),
başqa “kırası”lardan çox-çox üstündür! Tarix boyu şillələnmışık.
İndi nə yaxçı ki, özümüzünkündən şillələnək!”
10.11.2010 Əliriza Fərşi (Ki Xumeyni millisi idi. Araz)
418
Dərdimiz dinin vurduğu yaradır
Geriçiliyin qurbanı ... saradır
Aydınlarımızın günü qaradır
Ayrılıq Rus yelidir ki, sovuşar
Anlayışlar eyni olsa qovuşar
419
Güneyli “aydın”lar geriçidilər
Avrupalaşmağa seyircidilər
Çünkü geriçilər sürücüdülər
Binövrəsi qoyulan şey hörülər
Dəri soydurandan hesab sorular
420
Butayla otay doğuşdan qardaşdır
Qardaşlıq dini hər bir dindən başdır
Sinfi dinlərin məhsulu savaşdır
İslam dinini doğan təzadlardır
Yandırıb-yaxdığı sinf ... arvadlardır
Müsəlman manqurt gedən yolu gedər
Manqurt etdirən sinfə qulluq edər
421 *- İslam istər ki, kölə, kölə qala.
Din qoymayıb talaq haqqını alaq*
Bütövləşdirmək üçün körpü salaq
Tayları bütövləşdirməyə dalaq
Vətəniqurtarmaq üçün dini at!
Demokratizə eylə, otaya qat!
01.05.2005