21 - “Azadtribun” saytına təşəkkür məktubu
“Azadtribun”
saytına təşəkkür məktubu.
409
El qəmi itdi məni bu peşəyə
Babək bəy Azəri qoydu beşiyə
Var-yoxumu çəkdi tökdü eşiyə
Arazın şeirində nə axtarsan var
Dar görüşlünün dünyası olar dar
410
Yüz il öncəki Sabiri öyürlər
Şeirinin düşmənlərini “döyürlər”
Bugünkü Sabiri niyə? söyürlər:
Adını çəkən, şeirini sayan yox
“Azadtribun”dan başqa yayan yox
411
Şeirimi hər kəsə göndərdim atdı
Bəlkə də ağlını qorxuya satdı
Babək Azəri harayıma çatdı
Babək Azəri məni ovundurdu
Qurtardığı şeirimi sevindirdi
412
Babək Azəri elin öz oğludur
Baltacı Araz təkin köz oğludur
Haqqı haqlıya verən düz oğludur
Elimə tarix yaradan lazımdır
Cəhlin gününü qaraldan lazımdır
413
Babək Azəri zəhmətkeş insandır
İstəyi müstəqil Azərbaycandır
Fikir azadlığına inanandır
Qarşı fikiri də saytında yayır
(Müxalif fikri də saytında yayır)
Düşüncə haqqını möhtərəm sayır.
Sağ olun! minnətdaram.
Baltacı Araz
26.04.2005