19 - Mən də məktəbdə məktəbdən iyrəndim
Mən də məktəbdə
məktəbdən iyrəndim.
398
Mən də məktəbdə məktəbdən iyrəndim
Çünkü məktəbdə köləlik öyrəndim
Azadlığımın dalıca süründüm
Məni də məktəbdə “manqurt”etdilər
Milli sərvətimi çapıb-getdilər
399
Məktəbdə dedilər türkcə “əxi”di
Türk adını çəkməyin ki, “xoxu”du
Zindandan qorxan Türk farsca oxudu
Qeyrət öldürən işqalçı Fars üçün
Türk əliylə qazdı Türklüyün kökün
400
Məktəbin ilk dərsi qavvadlıq oldu
“Ər”ə qulluq edən “arvadlıq” oldu
Əlimdən alınan azadlıq oldu
Məktəbdə öyrətdilər ki, satılam
Yəni kökümü qazana qatılam
401
Məktəbdə deyildi ki, dil araçdır
Halbuki qeyrət ürətən “ağac”dır
Qeyrət öldürənin payı xiracdır
Yurdumun sərvətini çapmaq üçün
Qeyrət ürətmək haqqı yoxdur Türkün
402
Dedilər “haqq verilməz ki, alınar.”
Dedim bağımsız olmayan çalınar,
Ordusuz dövləti taxtan salınar.
Dedi yurdsevər yox ki, hərcayi ol
Farsistan gəlişə, Turan qala çöl
403 Ağacı öz içindəki qurd yeyər
Türk soylu tacir satdı Türkü Farsa
Satqın deputat göndərdi məclisə
İranda qalmaq üçün qoya yasa
(Milli haqq satmaq üçün qoya yasa)
Türk soylu tacir istər ki, Türk sapa
İranın bazarlarına əl tapa.
03.01.2006