Çap

16 - Federal adlı qurum irançıdır

Federal adlı qurum irançıdır

368

Hər savaşın bəlli bir hədəfi var

Hər hədəfin də bəlli bir səfi var

Hər səfində sağçı-solçu teyfi var

Federalistin yeri düşmən səfidir  <

Düşməni gücləndirmək hədəfidir

369

Şah dedi farslaşsa dərdlər azalar

Şeyx dedi şah getsə işlər düzələr

Şux deyir qır versəm halı sazalar

Təcrübə siçan deyil ki, inana

Hər gün bir laboratuarda sınana

370

Fars dinçi olub ki, cahil ovlaya

Şovenist olub ki, qatil ovlaya

“Kommunist” olub ki, yoxsul ovlaya

İşqalçı millətinə qurban edə

Yurdu çapılan soya çoban edə

371

Federalist Türk Türkün nadürüstüdür

Otuz min Firqə qatili dostudur

Dərdi ərbab dərdi ilə postudur

Ərbabı tacirdi ki, yalançıdır

“Açıq söz” adlı saytı irançıdır

372

Görəsən federal adlı qurum qanır?

Ki niyə Türk xalqını siçan sanır?

Ki niyə təcrübələrini danır?   (Balkan ...)

Ki niyə düşmən ilə dostluq edir?

Çağırılsa seminarına gedir.  (Şahçıların ...)

04.05.2005