15 - Vədələrə inansan federalist ol!
Vədələrə inansan federalist ol!
357
Vədələrə inansan federalçı ol!
Yazqısını yazmağa federal yol bul!
Özqəni öz taleyinə hakim qıl!
Federal məclisdə ölkə satılar,
Milli məclislərdə bölgə satılar.
358
Haqsız qalmaq istəsən federalist ol!
Kölə qalmağına başqa bir yol bul!
Ki federal rejim edə milli qul!
Otayın təcrübəsindən dərs alma!
İçiboş vədələri yada salma!
359
Talaq haqqından keçsən federalist ol!
Yəni yasallaşmağına çarə bul!
Bütövçü federal ordunu hakim qıl!
Bölücü öldürən orduya haqq ver!
Yirmi yanvarlarda qan ağlaya yer.
360
Çoban qalmaq istəsən federalist ol!
Montaj edən Farsistanı hakim qıl!
Otay təkin butayın da qala çöl;
Gərəkməz hər ölkədə hər şey ola,
Yetər ki, mal satıla boşluq dola.
361
Oğrunu bağışlasan fed1ralist ol!
Çalınmış malı halal edən yol bul!
Varlı milləti yoxsula hakim qıl!
“Birlik ilə eşitlik” hesabına,
Həm çapıl, həm də qatlan əzabına!
362
Qeyrət öldürən olsan federalist ol!
Düşməni dos tanıtmağa çarə bul!
“Türk xər” deyən kültürü hakim qıl!
Farsın Firdovsudan başqa kimi var?
Ki öyrətə, yaxud edə iftixar?
363
Otayı yurd bilməsən federalist ol!
İranın bütövlüyünə çarə bul!
Yad ordusunu Araza hakim qıl!
Otaya qarşı savaşa hazırlan,
Savaş başlatmış olsa federal İran
364
“Ana əmcəyi kəssən” federalist ol!
Otaylı qardaşı at, düşməni bul!
Gülüstan anlaşmasını hakim qıl!
Rusun cızdığı sərhəddi qəbul et!
Yəni Fars millətinin yolunu get!
365
Rusya köləsiolsan federalist ol!
Qoyma bütövləşib ola güclü sel!
Sel yönünü dəyişdirə bilməz yel,
Türk silahlansa dəngələr pozular,
Bölgəmizdə yeni tarix yazılar.
366
Tacirə qulluq etsən federalist ol!
Onun bugünkü dərdinə çarə bul!
Həm Türkdən, həm Farsdan qazana bol-bol,
Moskova təkin Tehran çalıb-çapa,
Otay kimi butay da yapma yapa.
367
Savak-savama olsan federalist ol!
Bəsləyib ki, qulluq edəsən bol-bol,
Sömürgəçinin dərdinə çarə bul!
Federal haqqı geri almaq olar,
Hər kəs dərdinin çarəsini bular.
05.04.2005