Çap

12 - AZƏRBAYCAN müstəqil olmalıdır

AZƏRBAYCAN müstəqil olmalıdır

331

Sən Azərbaycansan, mən də zərrəsi

Sən bir dağsan, mən suların dərəsi

Sən bir selsən, mən dəyirman pərəsi

Sən axdın, mən fırlandım, dən ovuldu

Hər kəs yapdı yedi, aclıq sovuldu

332

Mən sənə hər sözün düzünü dedim

Nə türtən olduğu gözümü dedim

Kimə qulluq edən özümü dedim

Mən həm irqçi, həm millətçi oğluyam

Demokratizəedən sol qoluyam

333    *- İrq ~ ırk (İstanbul şivəsi)

Mən də irqçiyəm, çünkü Türk oğluyam,

Dili qadağan olan irq oğluyam*

Ərəbizmə qarşı Babək oğluyam

Millət yerinə ulus qullanaram

İrqimdən al-ver edib “pullanaram”

334

Mən çapıldığım üçün yurdsevərəm

Rus ayısevərdi, mən qurdsevərəm

Qarşılıqlı olaraq ... kürdsevərəm

Milli düşmənlərimin düşmanıyam

Milli istiqlalımın qurbanıyam

335

Bugünkü düşmənim Fars millətidir

Onu təmsil eləyən dövlətidir

Həm də sağçı-“sol”çu siyasətidir

Fars həm axırdan həm torbadan yeyir

Milli talaq haqqını vermə deyir

336

Arazlardan başqa bütün yazarlar

Çünkü özləri aldanıb-azarlar

Milli istiqlala qəbir qazarlar

Halbuki Avrupa da örnəyidir

Bağımsız ölkələrin birliyidir

337

İranın Farsistannı sömürgədir

Başqa ölkələri sanki bölgədir

Farsistan üçün sömürgə ölkədir

Azərbaycan bağımsız olmalıdır

Düşməni atıb dostu bulmalıdır.

338

Səni azdırmaq üçün çox yazırlar

Don dəyişdirmək üçün də pozurlar

Yeni formalarda qəbir qazırlar   <

Baltacı Araz az deyər öz deyər

Düşmənləri məhkum edən söz deyər.

25.02.2005