7 - Niyə federalizm? Niyə istiqlal?
Niyə federalizm? Niyə istiqlal?
284
Savaşlar malik olmaq savaşıdır
Yiyəlik haqqı almaq savaşıdır
Dövlət əliylə çalmaq savaşıdır
Sömürünü qolaylaşdırmaq üçün
Dil ilə kültür öldürürlər bu gün
285
Federalizm qurtarmaz mülkiyyəti
Bağımsız etməz koloni milləti
Qurtarar öncəki hakimiyyəti
Millətlərin dilini azad edər
Yiyəlik payları mərkəzə gedər
286 özgə ~ mərkəz
Federal rejimdə fabrika qurmaq,
Federal bütövlüyünü qorumaq,
Xarici siyasətə damğa vurmaq,
Millətlərinə tale təyin etmək
Özgənin haqqıdır, vurmayın kitmək (düyün)
287
Federalizm deyər: “Tapan tapanındır”
“Milli Köləlik haqqı sapanındır”
“Yiyəsi ağılsız mal çobanındır”
“Çünkü bu dünya çalıb-çapanındır”
“Farsın çapdığı Farsa halal olsun”
“Çapılmış soyun saqqalına gülsün”
288
Hər millət federalizmə bir üyədir
Varlı millət bir növ iti tiyədir
Yoxsul millət kəsiləcək düyədir
Güclü gücsüzə hökumət eyləyər
Özünə “yağar”, özgəyə “çiləyər”
289
Neçə ölkəli federal ölkədə
Yoxsul millətlər qalarlar kölgədə
Kirəci rolu oynarlar bölgədə
Ölkələrində nə var qullanarlar
Kirayələr mərkəzə yollanarlar
290
Federalizmə görə mərkəz iyədir
Yoxsul millətin ölkəsi pəyədir
Mal-davar otarmaq üçün üyədir
Yiyə üyənin göz yaşını silməz
Ayrılmasa sənayeləşə bilməz
291
Federalçı bu sonuca varmalıdır
Yoxsul millət davar otarmalıdır
Yoxsa öz yurdunu qurtarmalıdır
İnanmayan otayımızdan sorsun
Maşın qayıra bilmir fabrik qursun
292
Federalçı istiqlalçı olmalıdır
İstiqlal savaşına dalmalıdır
“Zor”dan zorla haqqını almalıdır
Öncə haqlı olduğunu sübut et
Ölməsən öldür ki, öz haqqına yet.
16.10.2004