6 - Kim millidir, kim yalançı?
Kim millidir, kim yalançı?
275
Sənaye yurdu mekanizə edər
Toplumları proleterizə edər
Qaydaları demokratizə edər
Milli öz ayağı üstündə durar
Maşın qayıra bilən fabrik qurar
276
Farsistanın “sənayeləşmə”sini
Mədəniyyətinin “gəlişmə”sini
Yaşayış tərzinin “dəyişmə”sini
Sömürqəçi hökuməti sağlayır
Türkün gəlişmə yolunu bağlayır
277 Utanmaq da yaxşı şeydir.
Sənayesiz millət savadsız olar
İstedadı çiçəklənmız ki, solar
Farsa layiq olmayan işi bular
Belə bir “Azərbaycan” məhsuluna
“Xər” deyən Fars gərək təhqir oluna
278
Milli olmaq hər xalqın istəkidir
Millətçi hökuməti dəstəkidir
Xalqı dəstəksiz edən üstəkidir
Aşağıdan düzdür, üstən əyridir
Aldadan azdıran özgə xeyridir
279
Milli çapdırmaz yurdun qazancını
Çünkü yurduna soxmaz yabancını
Həm də ifşa eyləyər yalançını
Çapılan yurdun sərmayəsi olmaz
Özgənin qazancı qurbətdə qalmaz
280
Özgənin rüşvəti imtiyaz alar
Milli əxlaqiyyatı dərdə salar
Yerləşdikdən sonra çapmağa dalar
Yadlara çapmaq haqqı verən dövlət
Çapqınçıların dövlətidir, millət!
281
Özgənin sərmayəsi yurdu çapar
Rüşvət ilə yasallaşdıran tapar
Şüursuz millətin övladı sapar
Sapdıran özgənin sərmayəsidir
Çalıb-çapmaq özgənin qayəsidir
282
İşsizliyi belə də çözmək olar
İş verənölkəyə getsə iş bular
Qazancı iş verənölkədə qalar
Niyə iş verən sərmayə göndərir?
İşsizləri qapısından döndərir?
“Axtaran tapar,”
Aldanan sapar
283 (taban = zəmin)
İmperialistlərə aid sənayi (sənaye)
(Ana fabrikaadlanansənayi)
İstəməz heç yerdə qurula tayı
Tabanlılara verər montaj payı
Özgə qoymaz yerli inkişaf edə
Milli inkişafın yolunu gedə
(Avrupanın getdiyi yolu gedə)
24.07.2004