182 - Mən qələm borcumu ödədim yara.
Mən qələm borcumu ödədim yara.
Yüz ildən bir belə kitab yazılar,
Yazarı ölmədən öncə əzilər. (Sömürgədə)
(Cahil dostun zülümünə dözülər.)
Mən qələm borcumu ödədim yara
Boykot olunur ki, bulmaya çara
Çarə bulmuş Türkü çəkələr dara
Dara çəkdirsə də pul ilə para
Qurtulacaqdır həm yurdum, həm sara
Çünkü dərd əlindən gəliblər zara
Ay boykotçu Fars təkin ... üzü qara
İstəsən bənzəyəsən ap-ağ qara
Vurma yaramızın üstünə yara
Çəkmə Türkün arazizmini nara
Gəl boykotçuluğu çəkəlim dara
Bilikli seçkiyə qılalım çara
Satılmaya yurdumuz sinfi kara
Sökülə bütövlüyü bölən ara
Ki Azərbaycan hədəfinə vara
Həm də qurtula aydın ilə sara
Boykotçunu buraxsan öz halına
Yanarsan el-obanın əhvalına.
“Solgünaz” sitəmizə minnətdaram.
08.12.2010