181 - Dünyaya Azərbaycan pəncərəsindn baxalım
Dünyaya Azərbaycan pəncərəsindn baxalım.
(Qaranlığı gömmək üçün günəş təkin şaxalım!)
Azərbaycançılıq ilə irançılıq iki ayrı və barışmaz hədəfləri içərən
qavramlardırlar:
1- Azərbaycançılığın hədəfi Azərbaycanın istiqlalı ilə bütövləşməsidir.
2- İrançılığın hədəfi bölünməz yerli Türk millətinin ana yurdu olan
Azərbaycanı qurduracağı neçə ölkəli federal İranın tərkib hissəsi kimi
asılı qılmaq və istiqlalçı və bütövçü Türk millətini federal İranın mər-
kəzi dövlətini oluşduracaq özgə millətlərin quyruğu etməkdır.
Yəni sömürgəçiliyin aldadıcı ikinci forması olan federalizmin yardı-
mı ilə həm bölünməz Türk millətinin milli varlığı sayılan yurdunun
və yurdunun stratejik milli sərvətlərinin (mərkəzin iyələnəcəyi maddı
və insanı gücünün) yazqısını, həm də iqtisadi-siyasi-kültürəl baxı-
mından milli inkişafının yazqısını federal İranın mərkəzi dövlətini
oluşduracaq özgə millətlər (mərkəzə hakim Fars milləti ilə mərkəz-
dən asılı özgə millətlər) yazsınlar. Yəni bugünkü neçə ölkəli İranda
yerli azərbaycanlı federalist Türk irançıdır, azərbaycançı deyildir və
federalist qalacağı sürəcə də azərbaycançı ola bilməz.
3- Azərbaycançı (istiqlalçı və bütövçü) olan yerli Azərbayan Türkü ilə
Azərbaycana köçmüş qeyri Türk etniklər özlərini azərbaycanlı tanıd-
arlar və tanıdmalıdırlar. Necə ki, farsistançı yeri Fars ilə Farsistana
köçmuş qeri Fars etniklər (məsələn dil haqqı istəyən İsfəhan Türkləri
ilə otonomi istəyən qaşqay Türkləri) özlərini Farsistanlı və Farsista-
nının qaşqayistanlısı tanıyarlar və tanımalıdırlar.
4- Bugünkü neçə ölkəli İrana federalizm istəyən “Güney” Azərbaycanın
yerli Türkləri istəklərinə sadiq qaldıqları sürəcə azərbaycanlı və azə-
baycançı yox, bəlkə paniranist anlamında iranlı və İran azərbaycanlısı
sayılarlar və qurduqları o cümlədən qələm əncüməni də “İran azərbay-
canının qələm əncüməni” adlanar və adlanmalıdır. Yoxsa çəlişkili dü-
şünmək ilə “həm axırdan, həm torbadan yeməyə” yol verilməz.
5- Türk dilini öldürmək istəyən şovenist Fars millətinin dövlətinə dolay-
lı olaraq qulluq etmək üçün əsərlərini farsca yazmış o cümlədən Bəra-
həni kimi Türk soylu yol göstəricinin keçmişdə etdiyi günahlarını an-
caq istiqlalçı və bütövçü ola biləcək istəkləri ilə əməlləri yuya bilərlər.
- “Güney Azərbaycan qələm əncünəni”nin üyəsi olan bugünkü federalist
Dr. Bərahəninin qaldırdığı bayraq azərbaycançılıq bayrağı yox, bəlkə
irançılıq bayrağıdır, o bayraqdan sorsan deyər:
Deyər dil haqqını ver ki sapmasın(Yəni reform et ki devrim yapmasın),
Çapdığın yurdu İrandan qopmasın. 09.10.2011