Çap

179 - Azərbaycançılıq istiqlal savaşının ideolojusudur

       Azərbaycançılıq istiqlal savaşının ideolojusudur.

 

  Cənab Əlirza bəy Əsgərzadə, biz Türklər də badımcan deyilik ki,

  sizin alim sandığınız akademiklər bizi tərif edələr. 05.10.2011 Araz

 

- “Azərbaycan” ölkəmizin adıdır. “azərbaycanlı” Azərbaycanda

  yaşayan yerli Türk milləti ilə qeyri Türk köçmən etniklərə mənsub

  vətəndaşdır. Azərbaycan Türkünün müqəddəs dili dəyişmədən ön-

  cəyə dək, kimliyi “Türk”dür. Türk dilində ədəbiyyatın adı “Türk

  ədəbiyyatı”dır. Türk dilinin adı “türkcə”dir.

  Azərbaycanın danışmağa dili yoxdur. Azərbaycanın qurbağasının,

  serçəsinin, bülbülünün danışdıqları dillər türkcə deyillər.

  Azərbaycanda, Turanda danışılan türkcə qeyri Türk etniklərin də

  dilləri deyildir, ancaq Türk insanının dilidir.

- O cümlədən bugünkü Azərbaycanın quzeyində Türkü Türkdən

  ayırmaq istəyən Rus mafyası, iqtidarda olduğu üçün, yasal olaraq

  “Türk dili”ni “Azərbaycan dili” adlandırmaqdadır ki, nə fəqt mü-

  barizə nəticəsində məğlubiyyətə uğrayacaqdır, bəlkə Azərbaycanda

  yaşayan fərqli dillərin bir-birindən fərqlənməsini gərəkdirən fərqli

  adlar da Rus millətinin bu antitürk siyasətini ifşa etməkdədir.

- Türkçülük savaşının hədəfi Azərbaycanı da içərən neçə ölkəli Tu-

  ranın dışında qonaq olaraq yaşayan Türk kökənli etnik üçün idarə

  haqqı ilə dil haqqının yasallaşmasıdır.

- Türkçülük savaşının hədəfi Türk milləti üçün millətçilik ilə millət-

  çiliyin doğurduğu azərbaycançılıqdır. Yəni bütöv Azərbaycandır.

- Azərbaycançılığın hədəfi Türk millətinin istiqlalı və istiqlalın do-

  ğurduğu torpaq bütövlüyüdür. (Bütöv Azərbaycan)

- Azərbaycançılıq kimlik deyil, istiqlal savaşının ideolojusudur.

- Turanın dışında qonaq kimi yaşayan Türk kökənli köçmən Türkün

  verəcəyi “Haray, hary mən Türkəm!” şüarı türkçülük anlamındadır.

  O şüarın amacı Türk kökənli etnikin burulmuş dil haqqı ilə iradə

  sahibi olan qonaqpərvər millətdən ala biləcəyi idarə haqqıdır.

- Azərbaycanlı Türkün Azərbaycanın güneyində verdiyi “Haray, ha-

  ray mən Türkəm!” şüarı millətçilik ilə azərbaycançılık anlamınadır.

 

  O şüarın hədəfi hər sahə və dalda öz yazqısını özü yazacaq milli

  iradənin hakimiyyəti ilə işqal olmuş və əl qoyulmuş torpaq məsə-

  ləsinin həllidir. Yəni Azərbaycanın istiqlalı ilə istiqlalın doğurdu-

  ğu bütöv Azərbaycandır.

  Elə ona görə zərurətlərin doğurduğu bütöv azərbaycançı Elçibəy

  tarixi lider olaraq azərbaycançılığın ən böyük səmboludur.

- Qacar impratorluğunun sonuna dək (səksən beş il öncəyə dək),

  1933-dən bəri “İran” adlanan neçə ölkəli ölkəyə Türklər hökumət

  etdikləri üçün azərbaycançılk söz qonusu deyildi və ola bilməzdi.

- Farsistanın sömürgəsinə dönüşmüş Azərbaycanın qurtuluşu azər-

  baycançılığı söz qonusu etdi. (Yəzd Türkü azərbaycançı olamaz.)

- Antiqadın və antiinsan dininə sadiq qalan ümmətçi (irticaçı) və

  antitürk şeyx Məhəmmd Xiyabanidə millətçi və azərbaycançı yox,

  bəlkə ölkəmizin adının kökü qazılması bahasına “azadistançı” ola

  bilərdi ki, oldu. Azərbaycanın irticasını təmsil edən ümmətçi Xiya-

  bani həm də “azadistançı” oldu ki, Azərbaycanın quzeyini işqalçı

  Rusyanın əsarətindən qurtarmış və Azərbaycanın bütövləşməsinə

  zəmin yaradmış millətçilik ilə millətçiliyin doğurduğu azərbaycan-

  çılığın da kökü qazılsın. (“Gamoh” da qondarma bayrağı ilə bölür)

- Pişəvəri millətçi və azərbaycançı olmasaydı, irançı anlamında mux-

  tariyyətçi və federalist olardı ki, millətinə milli iradə haqqı yox,

  bəlkə etnikə verilə bilən idarə haqqı ilə burulmuş dil haqqı ala.

  Pişəvəri millətinin milli iradəsi ilə milli torpağının istiqlalı üçün

  türkçülük anlamında millətçi və millətçiliyin doğurduğu azərbay-

  cançılıq idi ki, əsarətdə yaşayan millətinin milli iradəsi ilə işqal ol-

  muş, bölünmüş, əl qoyulmuş milli torpağın qurtuluş harayına çata.

  Pişəvəri sosyalisti inqilab üçün kommunist idi, kommunist olduğu

  üçün o cümlədən ürətim güclərinin gəlişməsinə yol aça bilən milli

  burjuvazının və əkinçi kəsimi ilə qadın sinfinin milli və sinfi haq-

  larını feodal yapılı irticaçı və satqın sinflərə yedirmədi ki, bizlərə

  də ibrət dərsi olsun. ... (Güləşən yıxar, ya da yıxılar. ...)

- Ana dilimizi, yurdumuzu, milli mənfəətlərimizi, xalqımızın insani

  haqlarıyla əməyini qorumaq üçün düşmənlərimizin oyuncağı yox,

  bəlkə aşırı dərəcədə (yüzdə yüz) türkçü, azərbaycançı ilə turançı,

  millətçi ilə kommunist olmalıyıq. 25.09.2010