Çap

177 - Ədalətsiz milli istiqlal çökər

 Ədalətsiz milli istiqlal

            çökər.

Ədalətsiz milli istiqlal çökər

Çünkü qardaş, qardaş qanını tökər

 

İstiqlalsız ölkəni özgə çapar

Sümük gəmirən sinfi edər nökər

 

Çapılan sərmayə ölkədə qalsa

Yol salar, fabrik qurar, evdə tikər

 

Sinfi rifah milli rifahdan doğar

Ölkə abad olsa xalqı kef çəkər

 

Yurdunu satdırıb sümük gəmirən

Milli köləlik toxumunu əkər

 

Hərcayi sərmayənin təmsilçisi

Milli düşmən təkin millidən ürkər

 

Milli burjuvazı demokrat olar

Milli istiqlal üçün zəhmət çəkər

 

Burjuvazı silahlandırsaxalqı

Milli düşmənlərin belini bükər

 

Arazın da ölçüb-biçdiklərini

İnanıram ki, bir gün xalqı tikər.

08.01.2005