Çap

176 - Haraya çatan yoxdur

  Haraya çatan yoxdur.

 

Araz təkin bülbül olub ötən yox

Ürəyi yanan yaxılan tütən yox

 

Araz xalqının fikrini söyləyir

Nədən fikir sürüsünə qatan yox?

 

Araz xalqından alıb-sunduqları

Milli İdeolojudur, dəstan yox

 

Araz milli dərdlərə çarə bulub

Yayımlayan, ələşdirən, dartan yox

 

Türk Farsın, Araz da geriçi Türkün

Boğazında qalıb, udub-atan yox

 

Mən sübut etdim ki, federalist kimdir

Sonuclandıran səbədir, böhtan yox

 

İstiqlalçı olmayan milli deyil  <

70illik dərsdən sonra yatan yox

 

İrançı da platformunu sunur

Milli olmadığını anladan yox

 

Dostu düşmən, düşməni dost tanıtma

Hər şey ortadadır, itib-batan yox   <

 

İç düşmən içdən yıpradıb-çürüdər

İfşa etmək üçün addım atan yox

 

Geriçi fikir elmin düşmənidir

Teknolojuya zəmin yaradan yox

(Bağımsızlığa taban yaradan yox)

 

Milli qurtarar, sənayeləşdirər

Qurtulmuş Finlandyanı satan yox

 

Kim millidi? kim yalançı? Nə üçün?

Sorğuların harayına çatan yox

 

Haqsevər xalqımın yağışı yağsa

Görünər ki, haqdan başqa bitən yox

 

Şumda şıllaq atmağı da öyrədən

Araz təkin ideoloq baltan yox.

 

(Baltalayanları sən də baltala!)

22.12.2004