Çap

174 - Ört-basdır edənin daş-çınqılı var

Ört-basdır edənin daş-çınqılı var.

(Bu haqqda ilgili farsca yazıma baxınız!)

 

Hər elin başqa kültürü, dili var

Milli iqtisadı, milli “çöl”ü var

 

Biz hələ sosializmə düşünmürük

Çünkü yurdumuzu çapan zalı var

 

Milli istiqlalı gərçəkləşdirən

Milli burjuvazıdır ki, pulu var

 

Heç bir molla demokrat ola bilməz

Milli ola bilər, çünkü eli var

 

İstiqlalı demokratizə edən

Yüz minlərcə çənlibelçi dəli var

 

El gücü sel gücüdür biliklənsə

Yağışlı-qarlı dağların seli var

 

Arı var ki, mal ürətməz, vızıldar

Arı var ki, pətəyində balı var

 

Yunis Parsabinabın yazısında

Arasan bularsan, siçan zili var

 

İstiqlalı tənqid etmədən öncə

Federalist olmağın da vabalı var

 

Desə ki, tənqidə yanıt vermərəm

Demək ki, yükündə qaçaq malı var

 

Çalınıb-çapılan ifşaçı olar

Ört-basdır edənin daş-çınqılı var.

15.02.2005