Çap

173 - 22 Mayı təbrik edirəm

  22 Mayı təbrik edirəm.

Yirmi iki Mayı təbrik edirəm

Nə yazıq bomboş yanına gedirəm

 

Sanmasın qələm savaşa getmədi

Yansıtmağa söz xəzinəm yetmədi

 

O gün beş yüz min igit bəndi qırdı

... Bütöv Azərbaycan şüarı verdi

 

Dedi otay ilə butay bir olsun

Mərkəzi (Bakı, yaxud) Tərbiz olsun

 

Çünkü hər elin milli haqqı vardır

Özgələrdən asılı olmaq ardır

 

İran bölünməlidir ölkələrə

Uymalıdır beynəlxalq ilkələrə

 

Beş yüz min baş qaldıran Tərbizliyə

Üç milyon and içdi ki, kəfən geyə

 

Tərbizdən sonra Azərbaycan qalxdı

Həm tutuqlandı, həm də qanı axdı

 

Yaşasın Tərbizin yurdsevərləri

Səsinə səs verən Türk şəhərləri

 

Ölüm olsun irançı siyasıya

Milli istiqlal haqqında asıya

 

Türk ... bağımsızlıq üçün kəfən geydi

İrançı qurumlar vermərik dedi

 

Bugünkü irançı Türk “zahidlər”dir

“Tudə”çi, “fədai”, “mücahid”lərdir

 

İrançı Türk özünü ifşa etdi

Çünkü düşmən önərən yolu getdi

 

İrançı Türk itiribdir özünü

Açıqca söyləyə bilmir sözünü

 

Lənət olsun irançı solucana

Gücü yetməz bata Azərbaycana

 

Azərbaycan milləti göstərdi ki,

Neçə önçüsü var, neçə ürəki

 

Önçülərdən sonra kütlə qalxacaq

Yurdunu ayırıb sahib çıxacaq

 

Gələcək bizimdir çünkü haqlıyıq

Var-yoxumuza ürəkdən bağlıyıq

 

Şəhidlərimizin “ruh”u şad olsun!

Dustaqdakılarımız azad olsun!

06.06.2006